Məşhur ekstrasensin meyiti tapıldı
Rusiyada məşhur olan "Ekstrasenslərin döyüşü" proqramının 7-ci mövsümünün finalçısı İlona Novoselovanın meyiti evində tapılıb. Bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat veriblər.
14 İyun 2017 09:55 DünyaRusiyada məşhur olan "Ekstrasenslərin döyüşü" proqramının 7-ci mövsümünün finalçısı İlona Novoselovanın meyiti evində tapılıb. Bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat veriblər. Mənzillərin birində yaşı təxminən 30 olan qadın meyiti tapılıb. Araşdırmalar zamanı həmin şəxsin İlona Novoselova olduğu məlum olub. Faktla bağlı araşdırmalara başlanılıb. Araşdırmalardan sonra hadisə barədə ətraflı məlumatlar veriləcək. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31