Gündəm
Diqqət: Xroniki yorğunluğa səbəb olan 10 səbəb...
Bəzən insanlar səbəbsiz yorğunluq, halsızlıq və yuxululuqdan şikayətlənir. Belə vəziyyət daim təkrarlanırsa, bunun səbəbini mütləq araşdırmaq lazımdır ki, bu hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Səbəblər
İngilis alimləri: Yumurta - ən yaxşı səhər yeməyidir
London mütəxəssisləri ən yaxşı səhər yeməyini müəyyənləşdiriblər. Hər səhər müntəzəm olaraq hansı ərzaqları qəbul etməklə gün ərzində orqanizmi enerji ilə təmin etmək və sağlamlığı qorumaq olar?
Almanlar açıqladı: Pintilik psixi xəstəlikdir
Almaniya mütəxəssisləri əmindirlər ki, pintilik psixi xəstəlikdir. Bunun üçün onlar “sindrom messi” kimi xüsusi termin də düşünüb tapmışlar. “Messy” ingilis sözü olub, “nizamsız”, “çirkli” deməkdir. Ekspertlərin hesablamalarına görə, Almaniyada azı 2 milyom adam bu xəstəlikdən əziyyət çəkir.
Xanımlar, sizi xoşbəxt edəcək kişini barmaqlarından tanıyın!
Araşdırmalar göstərib ki, kişilərin qadınlara qarşı nə qədər nəvazişli olduqlarını öyrənmək üçün onların barmaqlarına baxmaq kifayətdir. Belə ki, barmaqların uzunluğu kişinin nə qədər mədəni və həssas olduğundan xəbər verir.
Rəqs etmək bacarığı kişiləri qadınlar üçün daha cəlbedici edir
Kişilərin rəqs etmək bacarığı sağlamlıq göstəricisidir və onları qadınlar üçün daha cəlbedici edir. Britaniya alimi Nik Niv belə qərara gəlib. O, Nortambri Universitetində təkamül psixologiyası ilə məşğul olur.
Kişilərin nəzərinə: Qadın sizə “yox” deyirsə...
Göygöldə avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var
Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Nobel mükafatı laureatı Aziz Sancar Bakı Dövlət Universitetində olub
Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar Bakı Dövlət Universitetində olub. Universitetdən “Olaylar” – a bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə ölkəmizə səfər edən Aziz Sancarın Bakı Dövlət Universitetinə gəlişini yüksək qiymətləndirən rektor, akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Prezident İlham Əliyevin iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində qarşıya qoyduğu vəzifələrdən bəhs edən rektor, eyni zamanda, elm və təhsil sahəsində aparılan islahatlara diqqət çəkib, universitetdə Nobel mükafatları laureatları, dünyanın tanınmış alimləri və mütəxəssisləri ilə keçirilən görüşlərdən danışıb.
Prezident Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax ictimaiyyəti üçün mühazirələr keçirilib
Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil olunub. Fonddan “Olaylar” – a bildirilib ki, Sumqayıt Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Fondun keçirdiyi mühazirələrin əhəmiyyətindən danışan Milli Məclisin üzvü Tahir Mirkişi “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib.
Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər
Qərb Universitetində yay imtahan sessiyası davam edir. Bu gün universitetin İşgüzar inzibatçılıq fakültəsinin “Marketinq” ixtisasında təhsil alan tələbələr “Açıq Kitab” (“Open Book”) üslu ilə imtahan veriblər. Bu imtahan forması tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.
DİM buraxılış imtahanı iştirakçılarına müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) 17, 23, 30 iyun tarixlərində bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün buraxılış imtahanları keçirəcək. DİM-dən verilən məlumata görə, ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
Bakıda evdə Türkiyə vətəndaşının meyiti tapılıb
Bakıda mənzildə Türkiyə vətəndaşının meyiti tapılıb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Türkiyə vətəndaşı, 1970-ci il təvəllüdlü Faxri Abdullah Demircanın yaşadığı evdə meyiti tapılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
İrlandiyanın baş naziri istefa verdi
İrlandiyanın baş naziri Enda Kenni istefa verməsi barədə bəyan edib. Belə bir bəyanatla o, İrlandiya Parlamentində rəsmi çıxış edib. Belə bir qərar qəbul etməsi barədə E.Kenni hələ mayın 17-də bildirmişdi.
Prezident: “Azərbaycanda gömrük rüsumlarının yığımı artıb” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDBİcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib.







.jpg)






