Gündəm
AŞ PA-nın həmməruzəçiləri Ədliyyə Nazirliyində olublar
İyunun 13-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Olaylar” abildirilib ki, görüşdə Azərbaycan və Avropa Şurasının səmərəli əməkdaşlıq etdiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlar və yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Ramil Qasımova Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib
Prezident İlham Əliyev Ramil Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Vüqar Səfərli KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib
Prezident İlham Əliyev Vüqar Müzəffər oğlu Səfərlinin Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Hikmət Hacıyev: "Ermənistanın substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var"
Belə təəssürat yaranır ki, Ermənistan XİN-də ya Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin nə olduğunu bilmirlər, ya da qəsdən Helsinki Yekun Aktı və BMT Nizamnaməsini təhrif edərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar.
“Formula 1” yarışları zamanı hansı dəyişikliklər olacaq?
“Formula 1” yarışları müddətində bəzi turistik avtobusların fəaliyyəti dayandırılacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. 12 iyun-5 iyul tarixlərində əsassən şəhər istiqamətindəki magistral yolların bağlanmasını nəzərə alaraq, “Baku City Tour” turistik avtobuslarının müvəqqəti fəaliyyəti dayandırılır.
"Roma" millinin kapitanını transfer etdi
İtaliyanın "Roma" klubu heyətinə yeni oyunçu cəlb edib. Paytaxt təmsilçisi PSV-dən Hektor Morenonu transfer edib. Meksika millisinin kapitanı ilə 2 illik müqavilə imzalanacağı nəzərdə tutulub.
Yadplanetlilərin şifrəsi sosial şəbəkələrlə açılacaq - İNANILMAZ TƏKLİF
Maks İnstitutundan mütəxəssisi Rene Xeller yerdən kənar sivilizasiyaların şifrəsini açmağa kömək edəcək üsul kəşf edib. Günəş sistemini tədqiq edən fizik yadplanetlilərin göndərdiyi şifrəli müraciətləri sosial şəbəkələrin vasitəsilə açmağı təklif edib.
Moskvada bank yaxınlığında ATIŞMA
Moskvanın mərkəzində atışma baş verib. Günorta saatlarında iki naməlum şəxs odlu silahdan bir neçə dəfə atəş açıb. Daha sonra onların avtomobillə hadisə yerindən uzaqlaşdığı bildirilir. Atışma nəticəsində xəsarət alanların olmadığı deyilir. Hadisə "UniCreditBank" şöbəsi yaxınlığında qeydə alınıb.
Daha bir azərbaycanlı beynəlxalq axtarışa verildi
Daha bir azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib. Axtarışa verilən 1953-cü il təvəllüdlü Fətalı Quliyev cinayətkar dəstə yaratmaqda və digər ağır cinayətlərdə ittiham edilir. F.Quliyev barəsində başlanmış cinayət işinin istintaqından yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qəti imkan tədbiri seçib. Həmin qərar əsasında da F.Quliyev İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Nazir müavini: Azərbaycan xarici şoklara qarşı dayanıqlıq nümayiş etdirir
Həyata keçirilən islahatlar sayəsində Azərbaycan xarici şoklara və mənfi proseslərə qarşı dayanıqlıq nümayiş etdirir. Bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Yeni Azərbaycan Partiyası zəngin və şərəfli yol keçib
İyunun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının IX konfransı keçirilib. Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev iştirak ediblər.
Baş Prokurorluq təkzib etdi
Azərbaycan Respublikası Baş Prokurorluğu bəyanat yayıb. "Olaylar"ın xəbərinə görə, sənəddə bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirovun Muxtarlı Əfqan Sabir oğlunun guya Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə kütləvi informasiya vasitələrinə verdiyi informasiyalar həqiqəti əks etdirmir: “Bəyan edirik ki, Azərbaycan hüquq mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməmiş və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmamışdır. Əvvəllər də bildirildiyi kimi, ilkin istintaq araşdırmalarına əsasən Azərbaycan Respublikasının vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Tanınmış dilçi alim Ahmed Bican Ercilasun AMEA Naxçıvan Bölməsində olub
AMEA Naxçıvan Bölməsində Türkiyənin tanınmış dilçi alimi, professor Ahmed Bican Ercilasunla görüş keçirilib. Görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Ahmed Bican Ercilasunun türk dünyasının tanınmış dilçi alimlərdən biri olduğunu söyləyib. Qeyd edib ki, alim uzun illər ərzində türk dili və ədəbiyyatına işıq tutan dəyərli elmi əsərlər ortaya qoyub.
Türkiyəni qorxuya salan şəxs: bir gün öncədən "6.3 gəlir. Havanı qoxlayıram" yazmışdı
Ötən gün günorta saatlarında Egey dənizində 6.3 bal gücündə zəlzələ baş verdiyi və təkanların İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss edildiyi haqda məlumat vermişdik.














