Gündəm
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyətinin yekunlarına dair məlumat sessiyası keçirilib
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın iki illik fəaliyyətinin yekinlarına həsr edilən məlumat sessiyası keçirilib. Məlumat sessiyasında ölkəmizdə yaradılmış ilk İctimai Şuralardan biri - 2015-ci ilin mayında keçirilmiş seçkilərdə formalşmış DMX yanında İctimai Şuranın miqrasiya sahəsinin müxtəlif istiqamətləri üzrə həyata keçirilən fəaliyyətinə nəzər salınıb, əldə olunmuş nəticələr qeyd olunub.
“Parallelər” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu
Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “Açıq Qapı” günü tədbiri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil olundu. Birlikdən “Olaylar” – a bildirilib ki, toplantını AFB-nin idarə heyətinin yaradıcılıq məsələləri üzrə sədr Mirnaib Həsənoğlu açdı. İlk olaraq ağır xəstəlikdən sonra dünyasını dəyişmiş fotoqraf T.Əfəndiyevin xatirəsi yad olundu. Daha sonra ağır yol qəzasında yaralanmış həmkarımız Azər Həmzəyevin səhəti ilə əlaqədar məlumat bildirildi. İştirakçılar Azərin tezliklə sağalması üçün arzu,dualarını bildirdilər. Bir daha yardım etmək istəyənlərə bank nömrəsi xatırlandı. Tədbirdə may ayı üçün nəzərdə tutulmuş “Parallelər” adlı aylıq fotomüsabiqəyə yekun vurulduğu xatırladıldı. Qeyd etmək lazımdır ki, bu ay üçün nəzərdə tutulan müsabiqənin müəllifi və kordinatoru Günel Məmmədova idi.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Bərdədə dəyirmi masa keçirdi
İyunun 13-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində Bərdə şəhərində dəyirmi masa keçirib.
Cənub zonasında radon qazının təhlükə yaratdığı rayonlar öyrənilir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır. Bu barədə AMEA GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı" çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir. Tədbirlər Proqramının həyata keçirilməsində AMEA ilə birlikdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirlikləri də iştirak edir.
İlanlar Türkiyənin yaşayış məntəqələrinə hücum etdi: güclü zəlzələ olacaq?
Son dövrlərdə yaşayış yerlərinə axın edən ilanların Egey dənizində Rixter cədvəli ilə 6.3 bal gücündə baş verən zəlzələnin xəbərçisi olduqları haqda söz-söhbətlər böyük əks-səda yaradıb. Egey dənizində meydana gələn güclü zəlzələ Türkiyənin qərbində böyük qorxu və çaxnaşmaya səbəb olub.
Rusiyalı jurnalist Anna Politkovskayanın qətlinin təşkilatçısı həbsxanada ölüb
Rusiyalı jurnalist Anna Politkovskayanı qətlinin təşkilində günahlandırılan Lom-Əli Qaytukayev həbsxanada ölüb. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. Məlumata əsasəN, Qaytukayev məhkumların müalicə müəssisəsində ölüb. Lakin qohumları onun həbsxanada fiziki təzyiqə məruz qaldığını iddia ediblər. Qardaşı oğlu Temirlan Qaytukayev əmisinin həbsxanada dəfələrlə döyüldüyünü deyib: “Əmim deyirdi ki, onun böyrəklərinə və ciyərlərinə xəsarət yetiriblər”. Vəkili Yelena Xarionovskaya bildirib ki, həkimlər ona qara ciyərin sirrozu diaqnozu qoyulub. Bu, onun azadlığa buraxılması üçün əsas sayıla bilərdi.
İŞİD-ə dəstək nümayiş etdirən şəxslərin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək
İyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏTxarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə təlimləri davam edir
Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.
Qarabağ Regional Bilik Evində Milli Qurtuluş Günü
Qarabağ Regional Bilik evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Fonddan “Olaylar2 – a bildirilib ki, tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər. Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova tədbirə toplananları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb, məruzə etmək üçün sözü Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərliyə verib. İ.Əkbərli bildirib ki, hər bir xalqın taleyində elə gün olur ki, həmin gün xalqın müqəddəratını həll edir, yüksək dəyər kəsb edir.
Mayra Almaszadə Həştərxanda ustad dərsləri keçdi
Rusiya Federasiyasının Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi Mayra Almaszadə Həştərxan vilayətinin uşaq musiqi və incəsənət məktəblərinin xoreoqrafiya şöbələrinin müəllimləri və konsertmeysterləri üçün ustad dərslər keçib. Akademiyadan “Olaylar" – a bildirilib ki, interaktiv şəkildə təşkil olunan ustad dərslərində klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasısının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları və digər mühüm sənət məsələləri üzrə praktiki dərslər keçirilib, müzakirələr aparılıb. Bununla belə müzakirələrdə klassik rəqs müşayiəti, konsertmeyster sənətinin vacibliyi vurğulanmış və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının müəllim-konsertmeysterlərinin də ustad dərslər keçməsi üçün dəvət olunacağı qeyd edilib.
Xameneyidən İTTİHAM: "İŞİD-i Amerika yaradıb"
İranın Ali lideri Əli Xameneyi ABŞ-ı Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə və İŞİD terror təşkilatını yaratmaqda ittiham edib.
Rusiyanın Ermənistana satdığı silahlar açıqlandı
BMT Rusiyanın 2016-cı ildə silah satdığı ölkələrin adını açıqlayıb. Beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb. BMT-nin adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə "Smerç", "TOC-1A" ağır reaktiv artilleriya sistemləri, "Konkurs -M" tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenit-raket kompleksi satıb.
Ankarada sürücülər arasında silahlı qarşıdurma: Yaralılar var
Ankara Ümumi Sürücülər binasının otağında baş verən silahlı qarşıdurmada ofis rəhbəri Zəfər Şənərin də aralarında olduğu 5 adam yaralanıb. Məlumata görə, ayrı-ayrı xətt üzrə çalışan sürücülər xidməti binada bir araya gəliblər.
Azərbaycanda sərbəst toplaşmaq azadlığının təkmil hüquqi bazası yaradılıb
Müasir dünyada insan hüquqları sahəsində ən aktual məslələrdən biri sərbəst toplaşmaq azadlığı hesab olunur. Bu hüququn azad söz və fikir ifadəsi ilə birbaşa əlaqəsi olduğundan dövlətlər sərəst toplaşmaq proseduralarını qanunla tənzimləyirlər. Ancaq bu sahəni tənzimləyən milli qanunlar beynəlxalq stansartlara cavab verməlidir.














