Gündəm

Vergi ödəyicilərinə göstərilən xidmətlər açıqlanıb

13 İyun 2017 15:58

2017-ci ilin may ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş  19863 zəng cavablandırılıb. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 49445 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 60444 SMS göndərilib. May ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 401435 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturlarında 37824 vətəndaş qəbul edilərək onlara 57452  sayda xidmət göstərilib.

5 dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib

13 İyun 2017 15:57

İyunun 13-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti açıq hərrac keçirilib. Olaylar” xəbər verir ki, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı  şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sahəsinə sifariş verilib.

Deputatımız AŞ PA-nın komitə iclasına qatılacaq

13 İyun 2017 15:56

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə səfər edib.

Azərbaycan və Bolqarıstan hüquqi sahədə səmərəli əməkdaşlıq edir

13 İyun 2017 15:55

Ədliyyə naziri Fikrət Məmmədov respublikamızda səfərdə olan Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərin mühüm əhəmiyyəti vurğulanıb.

Gömrük və Vergi məcəllələrinə dəyişiklik edilib

13 İyun 2017 15:53

İyunun 13-də keçirilən Milli Məclisin növbədənkənar iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki, dəyişikliklər ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün mexanizmləri dəqiqləşdirir və bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron vergi hesab-fakturasının vahid formasının təsdiq edilməsinin nəzərdə tutur.

Mərkəzi Bank mənfətindən daha səmərəli istifadə edəcək

13 İyun 2017 15:52

"Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclsiin bugünkü plenar iclasında müzakirə olunub. “Olaylar”ın verdiyi xəbərə görə, qanun layihəsi Mərkəzi Bankın mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədi ilə hazırlanıb.

Vitse-spiker deputatlara xəbərdarlıq edib

13 İyun 2017 15:49

Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin  növbədənkənar sesiyasında “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlara xəbərdarlıq edib. Sədr müavini deputatların iclasda sakitliyə riayət etməmələrinə irad tutub: “Kimin özəl söhbəti varsa, çölə çıxsın. Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik”. Parlamentin Komitə sədri Hadı Rəcəbli buna görə B.Muradova təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

13 İyun 2017 15:47

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

"İşsizlikdən sığorta haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib

13 İyun 2017 15:45

Milli Məclisinin növbədənkənar sessiyasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Universitetlərə hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq

13 İyun 2017 15:43

Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Layihə ilə bağlı Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

Züleyxa Nadir yazır... Savad ziyalılığın baş tacıdı

13 İyun 2017 15:42

“Özü sual olan müəllim”. Bir həftə əvvəl “Olaylar”da yazdığım yazının sərlövhəsidi. Düz bir həftədi yazıya görə məni “cəzalandırırlar”. Cənub bölgəsindən olan insanlar, üstəlik də özlərini ali təhsilli, savadlı hesab edənlər ünvanıma ləyaqətə sığmayan, əxlaqdan kənar sözlər yazırlar. Guya ki, mən cənub zonasının insanlarını və müəllimlərini təhqir etmişəm.

Fələstin səfiri: “Bu gün Azərbaycan bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir”

13 İyun 2017 15:41

“Müsəlman ümmətinin ayrılmaz və mühüm üzvü olan Azərbaycan işğal olunmuş müsəlman əraziləri - Əl-Qüds Əl-Şərif kimi məsələlərdə haqq işini dəstəkləməklə İslamın əsl ruhunu və mesajını özündə əks etdirir. Bu gün ölkəniz bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir. Onlardan biri islamofobiya kimi cəfəng fikirlərlə bağlıdır. Siz bu mübarizəni düşünülmüş şəkildə, danılmaz mədəni, tarixi və dini əsaslarla aparırsınız, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mövzusunda Bakıda bir çox mühüm beynəlxalq konfranslar keçirirsiniz. Beləliklə, fərqlərin aradan qaldırılması, sivilizasiyaların toqquşması kimi yanlış arqumentin rədd edilməsi, İslamın bəşəriyyət irsinin qorunub saxlanılmasında oynadığı tarixi rolunun təqdim edilməsi, insan biliyinin və mədəniyyətinin bütün sahələrdə onun Qızıl dövründə verilmiş dəyərli töhfələrin təşviq edilməsi üçün böyük səylər göstərirsiniz”.

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

13 İyun 2017 15:39

Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 46 uşağın stasionar müalicəsi davam etdirilir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıSəfayə Əhmədova məlumat verib. 

Mobil telefonlar kredit borcuna görə bağlana bilər

13 İyun 2017 15:37

Azərbaycanda mobil telefonların pərakəndə satış məntəqələri IMEI-kodlarının qeydiyyat sisteminin "Girov" moduluna qoşulub. Bu barədə layihəyə yaxın mənbə məlumat verib.

Ermənistanda siyasi böhran: yeni baş nazir kim olacaq?

13 İyun 2017 15:36

Erməni mətbuatı ölkədə müşahidə edilən hakimiyyət böhranı ilə bağlı düşündürücü informasiyalar yayır. Göstərilir ki, 2018-ci ildə indiki prezident Serj Sarkisyan baş nazir ola bilər. Buna görə də Karen Karapetyanı vəzifəsindən uzaqlaşdıracaqlar.