Deputatımız AŞ PA-nın komitə iclasına qatılacaq

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə səfər edib.

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə səfər edib. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə "Terrorizmə səbəb olan ekstremizm və radikalizmin qarşısının alınması", "Korrupsiya idarəçilik metodu olaraq institusional yetərlilik və inkişafa əngəl kimi", "Avropada miqrasiya və qaçqın probleminə hərtərəfli humanitar və siyasi cavab" mövzuları ətrafında fikir mübadiləsi aparılacaq. Toplantıda Avropa Şurasının Qazaxıstanla münasibətləri, İordaniya parlamenti ilə demokratiya naminə tərəfdaşlıq proqramının gedişatı, Suriyada vəziyyət və onun ətraf ölkələrə təsiri məsələləri də müzakirə olunacaq. Millət vəkili müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq. Səfər iyunun 16-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31