Gündəm
Yəmən Səudiyyə Ərəbistanının üçüncü döyüş təyyarəsini vurdu- VİDEO
Yəmən "S-125 Peçora" kompleksi ilə Səudiyyə Ərəbistanına məxsus F-15 döyüş təyyarəsinə zərbə endirib. Yəmən ordusundakı mənbə Midi ərazisində yeləşən sərhəddə təyyarənin vurulduğunu təsdiq edib.
Hava dəyişkən buludlu olacaq
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Lukaşenkodan KTMT-yə XƏBƏRDARLIQ: “Hərbi-siyasi vəziyyət kəskinləşir”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında hərbi-siyasi vəziyyət kəskinləşir. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirlərilə görüşündə deyib. “Biz bu il kollektiv təhlükəsizlik haqqında müqavilənin imzalanmasının iyirmi beş illiyini qeyd edirik. Bütün bu illər ərzində KTMT-nin məsuliyyətinin zonasında hərbi-siyasi vəziyyəti sakit adlandırmaq olmaz. İndiki mərhələdə vəziyyət daha da kəskinləşir”, - Lukaşenko bildirib.
Abşeron yarımadasında 30-a qədər qəsəbəyə şəhər statusu verilməsi təklif edilir
“Hazırda Abşeron iqtisadi rayonunda olan qəsəbələrin sayı 69-a çatır. Onlardan 59-u Bakı şəhəri ətrafında, 8-i Abşeron rayonunda yerləşir, 2-si isə Sumqayıta tabedir”.
Sədiyar Rəhimov elmi – praktik seminarda
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu İnnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov Rusiya Federasiyasında ezamiyyətdə olub. İnstitutdan “Olaylar” – a bildirilib ki, ezamiyyətin məqsədi Mahaçqala şəhərində təşkil olunmuş “Kondensə olunmuş mühitlərin fizikasının aktual problemləri” adlı X elmi-praktiki seminarda iştirak etmək olub.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib
Milli Məclisinin iyunun 13-də keçirilən növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinin 598-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə təklif edilən əlavə müzakirəyə çıxarılıb.
Çimərliklərlə bağlı yeni tələblər müəyyən edildi
Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Deputatdan təklif: ali məktəblərə qəbul asanlaşdırılmalıdır
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib. Deputat deyib ki, xarici ölkələrdə ali məktəblərə qəbul prosesi çox sadədir: “Amma ali məktəbləri bitirmək hər kəsə müyəssər olmur. Bizdə də ali məktəbə qəbul prosesi asanlaşdırılmalıdır. Ali məktəblərdə təhsil haqqını ödəyənlər, oxusunlar. Bununla xaricə də pul axını azala bilər. Ermənistanda 92508 tələbə var. Biz adambaşına düşən tələbələrin sayına görə geri qalırıq. Ölkədə elmlər doktorları azdır. Təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yox müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla ali məktəblərə hazırlıq kursları açılsın”.
Oqtay Əsədov: “Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi onun arxasında korrupsiyanın olduğunu düşünürük”
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “laylar” xəbər verir ki, layihə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tutur.
Zahid Oruc “MTN işi” ilə bağlı məsələ qaldırdı: Spiker irad bildirdi
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda çox gözəl maddə var. 9.1.4-cü maddədə göstərilib ki, monitorinq iştirakçılarının xarici dövlətlərin siyasi xadimləri ilə davam edən işgüzar münasibətləri daimi olaraq nəzarətdə saxlanılmalıdır. Bu çox düzgün bir maddədir.
Deputat bazarın müsadirə olunmasına haqq qazandırdı
“Bu gün Bakıda kimsə 60-70 min manata bazar alır, hansı ki, onun qiyməti milyonlarla manata ölçülür. İndi o bazar onu alan şəxsin əlindən alınıb müsadirə edilməməlidir? Təbii ki, müsadirə olunmalıdır”.
""Atletik" niyə Asensionu transfer etmədi?"
İspaniya millisinin sabiq baş məşqçisi Xavyer Klemente "Real"ın gənc ulduzu Marko Asensio barədə danışıb. Təcrübəli mütəxəsis "Atletik"i onu transfer etmədiyinə görə tənqid edib.
Muarem Muarem "Qarabağ"dan ayrıldı
"Qarabağ"da uzun müddət çıxış edən makedoniyalı futbolçu Muarem Muarem Ağdam klubunu tərk edib. Verən yarımmüdafiəçi özü bunu təsdiq edib. O bildirib ki, yeni təklifləri dəyərləndirir.
Moskvada 3 yaşlı azərbaycanlı uşaq beşinci mərtəbədən düşüb
Moskva şəhərində azərbaycanlı ailənin 3 yaşlı oğlu pəncərədən yıxılıb. Hadisə ötən gün baş verib. Beşinci mərtəbədən pəncərədən yıxılan uşaq ciddi bədən xəsarətləri alıb. Hadisə zamanı uşağın anası evdə olub.
Zəlzələ Yunanıstana məxsus adada yüzlərlə sakini ev-eşiksiz qoydu
Yunanıstanın Lesbos adasında baş verən güclü zəlzələ nəticəsində bir qadın həlak olub, 15 nəfər yaralanıb, Vris qəsəbəsində evlərin əksəriyyəti dağılıb, yüzlərlə insan ev-eşiksiz qalıb.














