Lukaşenkodan KTMT-yə XƏBƏRDARLIQ: “Hərbi-siyasi vəziyyət kəskinləşir”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında hərbi-siyasi vəziyyət kəskinləşir. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirlərilə görüşündə deyib. “Biz bu il kollektiv təhlükəsizlik haqqında müqavilənin imzalanmasının iyirmi beş illiyini qeyd edirik. Bütün bu illər ərzində KTMT-nin məsuliyyətinin zonasında hərbi-siyasi vəziyyəti sakit adlandırmaq olmaz. İndiki mərhələdə vəziyyət daha da kəskinləşir”, - Lukaşenko bildirib.
13 İyun 2017 15:21 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında hərbi-siyasi vəziyyət kəskinləşir. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirlərilə görüşündə deyib. "Biz bu il kollektiv təhlükəsizlik haqqında müqavilənin imzalanmasının iyirmi beş illiyini qeyd edirik. Bütün bu illər ərzində KTMT-nin məsuliyyətinin zonasında hərbi-siyasi vəziyyəti sakit adlandırmaq olmaz. İndiki mərhələdə vəziyyət daha da kəskinləşir", - Lukaşenko bildirib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.