Gündəm
İran 17 nəfərin qətlinin sifarişçisini tapdı: “Əlimizdə dəqiq məlumat var”
“Səudiyyə Ərəbistanı terrorçulardan İrana hücum etmələrini istəyib”. Bu haqda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Məhəmməd Əli Cəfəri deyib. “Terrorçular ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Əlimizdə Səudiyyə Ərəbistanının terrorçulara əhəmiyyətli dəstək verdiyi və onlardan İrana hücumu etmələrini istədiyini göstərən dəqiq məlumatlar var”, - o bildirib.
Yaqub Mahmudov: "Əslində Azərbaycanın Ermənistana qarşı haqlı ərazi iddiası olmalıdır"
Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” haqqında qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları keçirb.
Əmək Nazirliyi tərəfindən 50 nəfər əlilliyi olan şəxs Nabran istirahət mərkəzinə yola salınıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib.
Özünü MTN polkovniki kimi təqdim edən qadının məhkəməsində şahidlər ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Yusif Hüseynov deyib ki, 6 il əvvəl Aygün Akimova adlı qadına ev satıb. O, heç kimi tanımadığını bildirib. A. Akimova da ev aldığını təsdiqləyib.
Azərbaycanda “terrorçu” anlayışı dəyişdirildi
Azərbaycanda “terrorçu” və “terror təşkilatı” anlayışları dəyişdirilir. “Olaylar” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi müzakirə olunub. Layihəyə əsasən, qanunun 1-ci maddəsinin üçüncü bəndində bildirilir ki, terrorçu-hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir.
Siyavuş Novruzov siyasi partiyalarla bağlı cəzaların sərtləşdirilməsini təklif edib
“Həm siyasi partiyaların, həm də qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı məsələyə baxılmalıdır. Bu yaxınlarda Baş Prokurorluq açıqlama verdi ki, bəzi qeyri-hökumət təşkilatları və siyasi partiyalar maliyyə gəlirləri ilə bağlı aidiyyəti qurumlara hesabat vermirlər. Bu məsələlər diqqətdə saxlanılmalıdır”.
Deputat dopinqdən istifadə edən idmançılarımızın cəzalandırılmasını istədi
"Son zamanlar bir neçə idmançılarımızla bağlı bu məsələ gündəmə gəldi ki, 5, 7 il qabaq dopinqdən istifadə ediblər”. “Olaylar” xəbər verir ki, bunu “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Əliağa Məmmədlinin monoqrafiyası nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Etnososioloji tədqiqatlar” şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin müəllifi olduğu “Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası nəşr edilib.
İraqda kütləvi zəhərlənmə
İraqın Mosul şəhəri yaxınlığında yerindən didərgin edilmiş insanlar üçün qurulan düşərgədə yüzlərlə insan qida zəhərlənib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, düşərgə sakinlərinin iftar sonrası ürəkbulanma halları baş verib və sudanəziyyət çəkdikləri vurğulanıb.
"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilib
Milli Məclisin bu gün keçirilən iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə olunub. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsinə dəyişikliklər barədə məlumat verib.
Nağdsız hesablaşmalar haqqında qanunvericilikdə güc strukturlarına imtiyaz verilib
Azərbaycanda təhsil sahəsi də daxil olmaqla əksər sahələr üzrə hesablaşmalar nağdsız aparılacaq.“Olaylar” xəbər verir ki, bununla bağlı "Nağdsız hesablaşmalar", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Məşğulluq haqqında", "Sosial sığorta haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Turizm haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Bələdiyyə qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "İcbari sığortalar haqqında", "Sığorta fəaliyyəti haqqında" qanunlara, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrinə və digər sənədlərə dəyişikliklər edilir.
Tramp və Ərdoğan Qətər böhranını müzakirə edəcək
ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın Qətər böhranını müzakirə edəcəyi gözlənilir. M.Çavuşoğlu telefon danışığının dəqiq tarixinin müəyyənləşdirilmədiyini bildirib.
Azərbaycan MDB ölkələri arasında Rusiyadan səfərlərə görə liderdir
Azərbaycan 2017-ci ilin birinci rübündə rusiyalı turistlərin səfər etdiyi MDB ölkələri arasında ən yüksək artımı göstərib.
Ərdoğan: “Türkiyə və Qətər olmasaydı, Suriyada müxalifət rejimə qarşı mübarizə apara bilməzdi”
“Qətəri, bir ölkənin xalqını blokadada saxlamaq insani və islami bir addım deyil”. Bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında prezident və partiyanın lideriRəcəb Tayyib Ərdoğan deyib. R. T. Ərdoğan bildirib ki, Türkiyə terror məsələsinə həssas yanaşır: “Ancaq müstəqil bir ölkənin terrora dəstək verməkdə ittiham edilməsi yolverilməzdir.
ANAMA: Cocuq Mərcanlıda əməliyyatlar ayın sonuna kimi yekunlaşacaq
Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam etdirilir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu ilin iyun ayının sonuna kimi əməliyyatların tamamlanması planlaşdırılır.













