Gündəm
Bakının əsas yollarında sürət həddi 20 km/saat endirilib
Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsi və Zığ dairəsi - hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. "Həmçinin bildiririk ki, Rəşid Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir", - deyə məlumatda qeyd olunur.
“Əl-Qaidə” və Bin Ladeni amerikalıların özləri böyütdü” - Putindən İTTİHAM
“Əl-Qaidə” terror təşkilatı və Üsamə Bin Ladeni Birləşmiş Ştatların özü böyütdü”. Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib. Rusiya prezidentinin sözlərinə görə, hər şey SSRİ-nin Əfqanıstanda apardığı müharibə vaxtlarından başlandı. “Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunları ilə mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəkləyirdilər. “Əl-Qaidə”ni və Bin Ladeni amerikalıların özləri böyütdülər”, - o bildirin. Putin həmçinin qeyd etdi ki, artıq hər şey ABŞ-ın nəzarəti altından çıxıb. “Bu, həmişə belə olur. Bizim ABŞ-dakı partnyorlarımız bu haqda bilməyə məcburdur. Bu, onların günahlarıdır”, - Rusiya prezidenti yekunlaşdırıb.
“Bu, hücumların ssenarisidir” - Rusiya bu silahla ABŞ qaranlığa QƏRQ EDƏCƏK
Rusiyadan olan hakerlər kibersilahın yeni növünü hazırlayıblar. Bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzeti “Dragos” kibertəhlükəsizliyi üzrə mərkəzin tədqiqatına istinadən bildirib. Bildirilir ki, kibersilah elektrik şəbəkələrinin işini pozmağa imkan verir. İddia edilir ki, “Dragos” tədqiqatçıları tərəfindən “CrashOverride” adı verilən kibersilahdan yalnız bir dəfə - ötən ilin dekabrında Ukraynanın energetika sisteminin işini pozmaq üçün istifadə edilib. “Bu, oyunu dəyişdirəcək”, - tədqiqat mərkəzinin direktoru Sercio Kaltadjirone bildirib. “Dragos”un mütəxəssisləri kibersilahın yeni növündən ABŞ-a qarşı da istifadə olunacağını istisna etmirlər. Nəşrin məlumatına görə, Rusiya hakerləri artıq Amerika energetika sistemlərinə maraq göstərdiyini nümayiş etdiriblər. Amma nəşr bunun hansı şəkildə baş verdiyini dəqiqləşdirməyib.
Azərbaycan XİN əcnəbiləri Qarabağda planlaşdırılan beynəlxalq konfransda iştirakdan çəkinməyə çağırıb
"Bu il 14-17 sentyabr tarixində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Adətən bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir”.
Azərbaycan dövlətini qurmaq missiyanı yalnız Heydər Əliyev yerinə yetirməyə qadir idi
Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş günü ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, Onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur.
Milli qurtuluşa aparan yolda Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi kimi
Hazırda dünyanın dörd bir tərəfində müxtəlif etnik- dini separatizmin tüğyan elədiyi bir vaxtda ölkəmizdəki siyasi sabitliyə və iqtisadi inkişafa görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq. Heydər Əliyev xalqı vahid ideologiya ətrafına toplayaraq Azərbaycan bayrağı altında birləşdirməyi bacaran fenomenal şəxsiyyətdir. Ulu Öndər xalqımızın ən dəyərli keyfiyyətlərindən olan başqa xalqların hüquqlarına, mədəni-mənəvi irslərinə sayğıyla yanaşma xüsusiyyətini azərbaycançılıq milli ideologiyası səviyyəsində zirvəyə qaldırdı.
Azyaşlılara siqaret satışı davam edir
Parlamentində müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ölkə ictimiyyəti tərəfindən geniş müzakirəyə səbəb olub. Belə ki, tütün və tütün məmulatlarının istehsalından tutmuş onun satışı, realizasiyası və istifadəsinə qədər məslələr ətrafında müxtəlif fikirlər səslənməkdədir.
Polşa çempionatının bombardiri Azərbaycan klubunda oynaya bilər
Polşa Ekstraklasasında çıxış edən "Jagellonia" klubunun yarımmüdafiəçisi Konstantin Vasilyevkaryerasını Azərbaycanda davam etdirə bilər. Onunla maraqlan klub avrokuboklarda mübarizə aparan komandadır. Vasilyev isə açıqlmasında bildirib ki, tez qərar vermək istəmir.
Bakı məktəbində uşaqlar ölümlə üzləşdi: sinif otağının tavanı çokdü
Ramana qəsəbəsi 198 saylı orta məktəbdə sinif otaqlarından birinin tavanı çökərək məktəb partalarının üzərinə tökülüb. Xoşbəxtlikdən həmin vaxt tənəffüs olduğu üçün sinif otağında heç bir şagird olmayıb. Əks halda faciə yaşanacağı qaçılmaz olardı. Ötən gün baş verən hadisə ilə bağlı Təhsil Nazirliyi və Təhsil idarəsi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidməti Cəsarət Valehoğlu bildirib ki, məsələ ilə bağlı araşdırılma aparılır və qısa müddət ərzində həmin məktəb təmir olunacaq.
Cinayət Məcəlləsində müsadirə yeniliyi
Azərbaycanda məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə belə, dövlət tərəfindən müsadirə ediləcək. “Olaylar” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Bir yaşadək uşaqlar arasında ölüm hallarının əksəriyyəti Bakının payına düşür
Azərbaycanda 1 yaşa qədər olan uşaqlar arasında ölüm hallarının əksəriyyəti Bakının payına düşür. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov bildirib ki, ölkədə 1 yaşa qədər təxminən 2000 uşaq ölürsə, onlardan 780 nəfər Bakı şəhərinin payına düşür. Z. Eminov qeyd edib ki, həmin uşaqlar anadan olduqları zaman Bakıda qeydiyyata alınır, lakin sonradan faktiki olaraq rəsmi qeydiyyatları olmasa da, ölüm halları baş verdikdə, ərazi olaraq Bakı şəhəri göstərilir.
Azər Həsrət: “Həmsədrlərin işi kababdan yeyib öz ölkələrinə qayıtmaqdır”
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona bu səfəri də sıradan bir səfərdir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib. Siyasi şərhçinin sözlərinə görə, onların gəlib-getməsi necə ki, ötən illər ərzində heç nəyi dəyişməyib, bu dəfə də elə olacaq: “Çünki bu adamlar faktiki olaraq real heç nə edə bilmirlər.
Mübariz Qurbanlı: “Milli Qurtuluş Günü Azərbaycanı xaosdan intibaha apardı”
"Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həqiqi mənada, tarixi, ümummilli və siyasi baxımdan da Milli Qurtuluş Günü kimi qeyd olunur. 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd olunması təsadüfi deyil. Bu, tarixi hadisələrdən nəticələrin ümumiləşdirilməsi əsasında əldə olunan qərardır və qərar həmin dövrün deputatlarının təklifi əsasında aparılan geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən qəbul edilib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Yer Elmləri bölməsinin növbəti iclası
Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin iclası keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər. İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İnstitutun ilk magistri dissertasiya işini müdafiə etdi
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) ilk magistri dissertasiya işini müdafiə edib. İnstitutdan “Olaylar” – a bildirlib ki, 2015-2016-cı tədris ilində institutun magistraturasına qəbul olunmuş Səfiyə Əliyeva “Dəniz və okean dibinin geologiyası” ixtisası üzrə “Cənubi Xəzərin sualtı palçıq vulkanlarının qaz-hidratları” mövzusunda aparmış olduğu tədqiqatlarının yekunlarını İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şurasının iclasında açıq müdafiəyə təqdim edib.İclas İxtisaslaşmış Şuranın sədr müavini, GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri akademik Əkpər Feyzullayev sədrliyi ilə baş tutub. İclasda şuranın elmi katibi, geologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Lətifova, üzvləri akademik Fəxrəddin Qədirov, akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və ETİ-nin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.














