“Bu, hücumların ssenarisidir” - Rusiya bu silahla ABŞ qaranlığa QƏRQ EDƏCƏK

Rusiyadan olan hakerlər kibersilahın yeni növünü hazırlayıblar. Bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzeti “Dragos” kibertəhlükəsizliyi üzrə mərkəzin tədqiqatına istinadən bildirib. Bildirilir ki, kibersilah elektrik şəbəkələrinin işini pozmağa imkan verir. İddia edilir ki, “Dragos” tədqiqatçıları tərəfindən “CrashOverride” adı verilən kibersilahdan yalnız bir dəfə - ötən ilin dekabrında Ukraynanın energetika sisteminin işini pozmaq üçün istifadə edilib. “Bu, oyunu dəyişdirəcək”, - tədqiqat mərkəzinin direktoru Sercio Kaltadjirone bildirib. “Dragos”un mütəxəssisləri kibersilahın yeni növündən ABŞ-a qarşı da istifadə olunacağını istisna etmirlər. Nəşrin məlumatına görə, Rusiya hakerləri artıq Amerika energetika sistemlərinə maraq göstərdiyini nümayiş etdiriblər. Amma nəşr bunun hansı şəkildə baş verdiyini dəqiqləşdirməyib.

Rusiyadan olan hakerlər kibersilahın yeni növünü hazırlayıblar. Bu haqda ABŞ-ın "Vaşinqton Post" qəzeti "Dragos" kibertəhlükəsizliyi üzrə mərkəzin tədqiqatına istinadən bildirib. Bildirilir ki, kibersilah elektrik şəbəkələrinin işini pozmağa imkan verir. İddia edilir ki, "Dragos" tədqiqatçıları tərəfindən "CrashOverride" adı verilən kibersilahdan yalnız bir dəfə - ötən ilin dekabrında Ukraynanın energetika sisteminin işini pozmaq üçün istifadə edilib. "Bu, oyunu dəyişdirəcək", - tədqiqat mərkəzinin direktoru Sercio Kaltadjirone bildirib. "Dragos"un mütəxəssisləri kibersilahın yeni növündən ABŞ-a qarşı da istifadə olunacağını istisna etmirlər. Nəşrin məlumatına görə, Rusiya hakerləri artıq Amerika energetika sistemlərinə maraq göstərdiyini nümayiş etdiriblər. Amma nəşr bunun hansı şəkildə baş verdiyini dəqiqləşdirməyib.

"ABŞ-ın energetika sistemləri kibermüdafiəni gücləndirir. Ancaq kiberproqramlar həqiqətən də energetika sistemlərinin işini təhdid edir", - nəşr Şimali Amerikada elektrik sistemləri üçün avadanlığın hazırlanması ilə məşğul olan qeyri-hökumət təşkilatının təhlükəsizliyi üzrə bürosunun keçmiş müdirindən sitat gətirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31