Gündəm

İngilis klubları yunan müdafiəçi ilə maraqlanır

13 İyun 2017 13:18

"Mançester Yunayted" Lindelöfdən sonra müdafiə xəttinə daha bir futbolçu transfer etmək niyyətindədir. Söhbət "Borussiya Dortmund"un üzvü Sokratis Papastatopulosdan gedir. "Qrmızı şeytanlar" yunan müdafiəçiyə görə  hələlik rəsmi təklif göndərməyib.

FİFA afrikalıları cəzalandıra bilər

13 İyun 2017 13:17

Qana Futbol Federasiyası FİFA tərəfindən cəzalandırıla bilər. Buna səbəb 2019 Afrika Millətlər Kubokunun seçmə mərhələsndə baş tutan Qana - Efiopiya (5:0) matçında Asamoah Qyanın kapitanlıq sarğısı üzərində "yaradıcı təxəyyülü"nü nümayiş etdirməsidir.

"Karyeramı başa vuranda Portuqaliya etibarlı əllərdə olacaq"

13 İyun 2017 13:16

Portuqaliya millisi və "Real"ın hücumçusu Kriştianu Ronaldu iyunun 12-də "Porto"dan "Milan"a transfer olunan Andre Silvanın potensialını yüksək qiymətləndirib. Ulduz futbolçu bunları deyib: "Mən karyeramı başa vuranda Portuqaliya etibarlı əllərdə olacaq. Komandanın artıq böyük hücumçusu var. Bu Andre Silvadır".

Ərdoğan Qətərə görə Trampla görüşəcək

13 İyun 2017 13:15

Türkiyə Xarici işlər naziri Mövlut Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın Trampla görüşəcəyi haqda məlumat verib.  XİN başçısı görüşlə bağlı bunları deyib: "Ərdoğan önümüzdəki günlərdə ABŞ prezidenti Tramp ilə Qətəri müzakirə etmək üçün görüşəcək". 

"Rəşam" ləqəbli narkobaron saxlanıldı: "Mən bunun çəkəniyəm" - VİDEO

13 İyun 2017 13:12

Şəmkirdə xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.  Şəmkir rayon sakini 40 yaşlı Ürəkşam Məmmədovun ürəyini polis elə şam kimi əridib. Daxil olan əməliyyat məlumatına əsasən, axtarış aparan polis əməkdaşları Ürəkşamın yaşadığı ünvandan, sözün əsl mənsaında, ürək əsdirəcək vasitələr aşkarlanıb.

Lapşinin cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ və icraata verildi

13 İyun 2017 13:10

Aleksandr Lapşinin barəsində başlanmış cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndərilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmə prosesinin hazırlıq iclasının vaxtı müəyyən ediləcək.

Ötən il istehsalatda 84 nəfər ölüb, 165 nəfər xəsarət alıb

13 İyun 2017 13:09

2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiistehsalatla əlaqəli sayılmış 159 bədbəxt hadisənin təhqiqatını aparıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu hadisələrdən 16-sı qrup halında baş verib: "Bu hadisələr nəticəsində 84 nəfər həyatını itirib, 165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (24,2%), emal sənayesində (16,8%), nəqliyyat sektorunda (12,4%), mədənçıxarma sektorunda (14,9%), energetika sahəsində (6,8%) və digər sahələrdə (24,9%) baş verməsi müəyyən edilib. Tikinti sektorunda 39 bədbəxt hadisə baş vermiş (onlardan qrup halında bir hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 10 nəfər, xəsarət alanların sayı isə 30 nəfər olub".

Nazirlik: Ötən il 6800-dən çox əcnəbiyə iş icazəsi verilməyib

13 İyun 2017 13:07

2016-cı ilin dekabrın 1-nə Dövlət Miqrasiya Xidmətitərəfindən rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 11271 müraciət daxil olub. Nazirlikdən  verilən məlumata görə, onlardan 6259-u yeni, 5012-si isə ötən illər ərzində verilmiş iş icazələrin müddətlərinin uzadılması ilə bağlı olub. 

Ötən il əmək qanunvericiliyini pozan şəxslər 940 min manat cərimələnib

13 İyun 2017 13:05

2016-cı ildə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 30 nəfər öz əvvəlki işlərinə bərpa edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Akif Əlizadə: “Günəş enerjisindən kifayət qədər istifadə edə bilmirik”

13 İyun 2017 13:03

“Son zamanlar baş verən qlobal iqlim dəyişmələri Azərbaycana da öz təsirlərini göstərir. Bu isə torpaq, iqlim ehtiyatlarının öyrənilib modernləşdirilməsini təmin edir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminarda çıxışı zamanı deyib.

Cinayət Məcəlləsinə dəyişiklik edilib

13 İyun 2017 12:59

Milli Məclisin növbədənkənar iclasında Cinayət Məcəlləsində dəyişikliklərə baxılıb. “Olaylar” xəbər verir ki, dəyişikliyə görə, məcəllənin 143-1-ci maddəsinin adında və dispozisiyasında “metodlarından” sözü “üsullarından” sözü ilə əvəz edilir. Mövcud mətndə göstərilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcburetmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Təklif olunan mətndə “metodlarından” sözü “üsullarından” sözü ilə əvəz edilir. 

Milli Məclisin növbədənkənar iclasının vaxtı dəyişdirildi

13 İyun 2017 12:56

Milli Məclisin iyunun 23-nə nəzərdə tutulan növbədənkənar iclasının vaxtı dəyişdirilib.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlament sədri Oqtay Əsədov bildirib. Spiker deyib ki, növbəti növbədənkənar iclas iyunun 30-da keçiriləcək.

Qanun dəyişdi – bu idman federasiyalarına maliyyə verilməyəcək

13 İyun 2017 12:55

Milli Məclisin iyunun 13-də  keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edilməsi müzakirə edilib. “Olaylar” xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Bəşər Əsədin qohumu Almaniyadan sığınacaq istədi

13 İyun 2017 12:48

Suriya prezidenti Bəşər Əsədin əmisi oğlunun dul qadını Almaniyada qaçqın statusunun alınması üçün müraciət edib.  Suriya ilə yanaşı, Livan pasportuna da malik olan qadının müraciəti rədd edilib. O, yerli hakimiyyətin bu qərarına etiraz olaraq apellyasiya şikayəti verib. Qadın hazırda Şimali Reyn-Vestfaliya ərazisində Varendorf rayonunda müvəqqəti sığınacaqda yaşayır.

Əməliyyat olunan Murad Dadaşov: "Baxdı ki, infeksiya düşüb, proses pisləşib

13 İyun 2017 12:46

Əməkdar artist Murad Dadaşov ötən gün "Maşın" reailiti-şosuna çıxmayıb. Proqramın aparıcısı olan şoumenin əməliyyat edildiyi deyilib. Aparıcı hacı Nuran Hüseynov şoumenin bu səbəbdən efirə çıxa bilmədiyini söyləyib. Bir çoxları M.Dadaşovun yalan danışdığını, bunun şou olduğunu iddia edib.