"Karyeramı başa vuranda Portuqaliya etibarlı əllərdə olacaq"

Portuqaliya millisi və "Real"ın hücumçusu Kriştianu Ronaldu iyunun 12-də "Porto"dan "Milan"a transfer olunan Andre Silvanın potensialını yüksək qiymətləndirib. Ulduz futbolçu bunları deyib: "Mən karyeramı başa vuranda Portuqaliya etibarlı əllərdə olacaq. Komandanın artıq böyük hücumçusu var. Bu Andre Silvadır".

Silva isə ona qarşı ünvanlanan təriflərə təmkinlə yanaşır. Gənc forvard özü haqqında danışmaq üçün hələ çox çalışmalı olduğunu qeyd edib. O, 2018 DÇ seçmə mərhələsində çıxdığı 6 oyunda 6 qol, 1 məhsuldar ötürmənin müəllifi olub. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31