Nazirlik: Ötən il 6800-dən çox əcnəbiyə iş icazəsi verilməyib

2016-cı ilin dekabrın 1-nə Dövlət Miqrasiya Xidmətitərəfindən rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 11271 müraciət daxil olub. Nazirlikdən  verilən məlumata görə, onlardan 6259-u yeni, 5012-si isə ötən illər ərzində verilmiş iş icazələrin müddətlərinin uzadılması ilə bağlı olub. 

2016-cı ilin dekabrın 1-nə Dövlət Miqrasiya Xidmətitərəfindən rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 11271 müraciət daxil olub. Nazirlikdən  verilən məlumata görə, onlardan 6259-u yeni, 5012-si isə ötən illər ərzində verilmiş iş icazələrin müddətlərinin uzadılması ilə bağlı olub. "Daxil olmuş müraciətlərə baxılıb və ümumilikdə 4437 nəfər olmaqla 2495 nəfərə iş icazəsi verilməsi, 1942 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib. 6834 əcnəbiyə iş icazəsi verilməsi məqsədəuyğun hesab edilməyib", - deyə məlumatda qeyd olunub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31