Gündəm
35 nəfər güclü yağışın qurbanı oldu - Banqladeşdə
Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub. Yağıntılar ötən gün səhər saatlarından etibarən başlayıb. Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb. Polisin məlumatına əsasən, xilasetmə işləri zaman 4 hərbçi həyatını itirib. Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd bildirib ki, təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmazdır. Onun sözlərinə görə, hazırda xilasedicilər ucqar rayonlarda sel-sularında qalmış insanları xilas etməyə çalışırlar.
Yaqub Mahmudov: "Hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil"
"Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdə və fəaliyyətində hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil". Bunu AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov Azərbaycanın KİV nümayəndələri üçün "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri" təşkil edilən təbliğat kurslarında deyib.
Prezident İlham Əliyev: "İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib"
İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib. Bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.
İki qızı ölən qadın qonşunun uşağını öldürüb sandıqda gizlətdi - VİDEO
Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində, evlərinin önündəki parkdan üç gün öncə yoxa çıxan 10 yaşlı Ceylin Atikinin qonşularının evində ölü tapıldığı haqda məlumat vermişdik.
İlham Əliyev: "Biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik"
Biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik. Bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.
Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilib
Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan Respublikası dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb.
Putin ölən qardaşından, kürəkənlərindən danışdı - Sükan arxasında
Rejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqda "Putinlə müsahibə" adlı sənədli film çəkib. Filmin ilk bölümü artıq Showtime kanalında yayımlanıb. Müsahibənin bir hissəsi Putin sükan arxasında ikən alınıb. Dövlət başçısı müsahibəsində ABŞ-ı Çeçenistanda militanları dəstəkləməkdə ittiham edib və bununla bağlı sübutları olduğunu söyləyib.
Nazirə qarşı sui – qəsd hazırlandı
Türkiyənin Daxili İşlər naziri Süleyman Soyluya qarşı sui – qəsd hazırlığı təşkil olunub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İstanbul Təhlükəsizlik Müdirliyi və Terrorla Mübarizə idarəsinin ötən gün Acıbadəm Betül küçəsində yerləşən mənzillərin birində xüsusi əməliyyat həyata keçiriblər. Heç bir terror qruplaşmasının üzvü olmayan şəxslə polis arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı şübhəli vurularaq, zərərsiz hala gətirilib.
Metro stansiyada terror həyacanı- VİDEO
Almaniyanın Münhen şəhərindəki Unterföhring metro stansiyasına silahlı hücum olduğu bildirilir. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, stansiya polis tərəfindən boşaltıldılıb. Almaniyanın “Bild” qəzeti, hücumda bir qadın polisin yaralandığını bildirir. “Tageszeitung” qəzeti, qadın polisin başından yaralandığını ifadə etdi.
Aşıq Ədalətin vəziyyəti pisləşdi: Həkimlər əməliyyatdan imtina edirlər
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ədalətin vəziyyəti ağırlaşıb. Səhhəti ilə bağlı çətinliklə də olsa, açıqlama verən Aşıq Ədalət bildirib ki, təcili şəkildə Türkiyəyə getməlidir: “80 yaşım var. Boğazımda ciddi problemlər yaranıb. Danışmaqda çətinlik çəkirəm.
Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir hissəsini ödəyib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir hissəsini ödəyib. V. Zeynalov bir neçə gün əvvəl 2 milyon manat ödəyib, onun hazırda ödəməli olduğu məbləğ 4 milyon 220 min manatdır. Bundan əlavə, "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev də dəymiş ziyanı ödəyib. Onun ödədiyi məbləğ 567 min manatdır.
Elman Məmmədov: “Region üçün ən böyük təhlükə Ermənistandır”
“Region üçün ən böyük təhlükə Ermənistandır”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib. E.Məmmədov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı digər region dövlətlərinə qarşı ərazi iddiaları ilə çıxış edir.
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir. Bunlar bir sıra beynəlxalq sənədlərin ratifikasiyası, Əmək, Vergi və Gömrük məcəllələrinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Əmək pensiyaları haqqında”, “Valyuta tənzimi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” və digər qanunlara əlavə və dəyişikliklərdən ibarətdir.
Nazir: "Azıx mağarası ətrafında məntiqə sığmayan proseslər gedir"
"Azıx mağarası ətrafında heç bir məntiqə sığmayan proseslər gedir". Bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev Qobustan Milli Tarix Qoruğunun yaradılmasının 50 illik yubileyində deyib. Nazir bildirib ki, Azərbaycan alimləri yenidən həmin məkanı tədqiq etməyə imkan tapacaqlar: "Azərbaycanda dövlət tərəfindən təsis olunan çoxlu qoruq var.
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib
İyunun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.














