35 nəfər güclü yağışın qurbanı oldu - Banqladeşdə
Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub. Yağıntılar ötən gün səhər saatlarından etibarən başlayıb. Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb. Polisin məlumatına əsasən, xilasetmə işləri zaman 4 hərbçi həyatını itirib. Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd bildirib ki, təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmazdır. Onun sözlərinə görə, hazırda xilasedicilər ucqar rayonlarda sel-sularında qalmış insanları xilas etməyə çalışırlar.
13 İyun 2017 12:43 DünyaBanqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub. Yağıntılar ötən gün səhər saatlarından etibarən başlayıb. Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb. Polisin məlumatına əsasən, xilasetmə işləri zaman 4 hərbçi həyatını itirib. Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd bildirib ki, təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmazdır. Onun sözlərinə görə, hazırda xilasedicilər ucqar rayonlarda sel-sularında qalmış insanları xilas etməyə çalışırlar.