Gündəm
Prezident İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
MTN-in keçmiş şöbə rəisinin məhkəməsində mübahisə yaranıb
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Nazir: "Qobustan qoruğunu ziyarət edən turistlərin sayı xeyli artıb"
"Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət edən turistlərin sayı xeyli artıb". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bütün turist şirkətləri Qobustan səfərini turizm paketlərinə daxil edir: "Keçən il Qobustanı təxminən 100 minə yaxın insan ziyarət edib.
Xalq artistimiz şortikdə
Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yeni fotolarını paylaşıb. Aktrisa qızı ilə birlikdə istirahətə yollanıb. O, rəfiqəsinin bağında dincəldiklərini bildirib: "Neçə günlərdir teatrda yeni tamaşanın məşqlərinin yorğunluğunu rəfiqəmin bağında istirahətlə çıxırdıq. Rəfiqələrlə birlikdə gözəl aurası olan bu evdə görüşməyin başqa ləzzəti var. Həyətdəki dərmansız meyvələr bağa gözəllik verir".
Qazaxıstanlı nazir Natiq Əliyevlə hazırladıqları "yol xəritəsi"ndən danışdı
"Natiq Əliyev Azərbaycan xalqının layiqli oğlu idi. O, həm də qazax xalqının böyük dostu, Qazaxıstanın ən nüfuzlu mükafatlarından birinin - "Kormet" ordeninin kavaleri idi".
Avroliqa iştirakçıları üz-üzə
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün yoxlama görüşündə qüvvələrini sınayacaqlar. Avropa Liqasında ölkəmizi təmsil edəcək iki komanda "İnter"lə "Zirə" Boluda münasibətlərinə aydınlıq gətirəcək. Əslində "Zirə" bu gün Kamerunun "Kolombe Sportive" klubu ilə qarşılaşmalı idi. Lakin sonradan Bakı komandalarının üz-üzə gəlmələri qərara alınıb. Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Putin: “Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək istəyir”
“Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək, ölkə rəhbərliyini dəyişdirmək və nəticədə ölkənin nüvə arsenalını ələ keçirmək istəyir”. Bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib. “Belə bir niyyətin və siyasətin mövcudluğu mümkündür. Əgər doğrudan da belədirsə, Rusiyaya qarşı bu cür yanaşma gələcəyə köklənməyib. Bu fikirdə olanlar azı 25-50 il irəliyə nəzər yetirmirlər. Əks halda Rusiya ilə münasibətləri başqa cür qurar, Rusiyanı özlərinin vassalına çevirməyə can atmazdılar”, deyə V.Putin bildirib.
"Formula 1" ilə bağlı tədbirlər planı hazırlanır
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda iyunun 23-dən 25-nə kimi keçiriləcək "Formula 1" ilə bağlı tədbirlər planı hazırlanır. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Lənkəranskinin ən yaxın adamını döydülər: oğru adı əlindən alındı
Türkiyədə məskunlaşmış gürcü əsilli qanuni oğru Tamaz Barklayanın oğru titulu əlindən alınıb. 63 yaşlı "Kotoma Senakski" ləqəbli Barklayanı oğru titulundan "Ded Xasan"a yaxın klan üzvləri keçirdikləri sxodka zamanı məhrum ediblər.
Universitetdə partlayış törədildi: professor yaralandı
Cənubi Koreyanın paytaxtında "Yonsey" universitetində partlayış baş verib. Hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.
Sədaqət Vəliyeva: İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir- AÇIQLAMA
“Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir”.
Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 13 – 22 iyun Xızı şəhəri və Xəzər rayonunun Zirə qəsəbəsində, 14 – 23 iyun Abşeron rayonunun Hökməli qəsəbəsində, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən “Olaylar” – a bildirlib ki, həmçinin, səyyar avtobuslar 22 may – 20 iyun Qusarda, 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 5 – 19 iyun Ağdamda, səyyar ASAN qatar 10 – 24 iyun Mingəçevirdə vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Universitetdə partlayış
Cənubi Koreyanın paytaxtında “Yonsey” universitetində partlayış baş verib. Hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir. İlkin məlumata görə, professor bağlamanı açarkən partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan universitet əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir.
Yunanıstanda güclü zəlzələ
Yunanıstanın Lesbos adasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Bir qadın Vris qəsəbəsində evinin dağıntıları altından tapılıb. Təkanlar Lesbos adasında dağıntıya səbəb olub. Hazırda adada bütün məktəblər bağlanıb. Təhsil Nazirliyi Lesbos və Xiosda çərşənbə axşamı keçirilməli olan buraxılış imtahanlarını təxirə salıb.
Etirazçılar Ali Məhkəmənin binasını yandırdılar
Venesuelanın paytaxtı Karakasda növbəti etiraz aksiyası zamanı Ali Məhkəmənin binası yandırılıb. Etirazçılar binaya yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atıblar. Eyni zamanda hücuma binanın birinci mərtəbəsində yerləşən bank da məruz qalıb. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar, zərərçəkənlər barədə məlumat verilmir. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.














