Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət 13 – 22 iyun Xızı şəhəri və Xəzər rayonunun Zirə qəsəbəsində, 14 – 23 iyun Abşeron rayonunun Hökməli qəsəbəsində, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən “Olaylar” – a bildirlib ki, həmçinin, səyyar avtobuslar 22 may – 20 iyun Qusarda, 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 5 – 19 iyun Ağdamda, səyyar ASAN qatar 10 – 24 iyun Mingəçevirdə vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar ASAN xidmət 13 - 22 iyun Xızı şəhəri və Xəzər rayonunun Zirə qəsəbəsində, 14 - 23 iyun Abşeron rayonunun Hökməli qəsəbəsində, 14 iyun - 3 iyul Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ASAN xidmətdən "Olaylar" - a bildirlib ki, həmçinin, səyyar avtobuslar 22 may - 20 iyun Qusarda, 5 iyun - 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 5 - 19 iyun Ağdamda, səyyar ASAN qatar 10 - 24 iyun Mingəçevirdə vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31