Universitetdə partlayış törədildi: professor yaralandı
Cənubi Koreyanın paytaxtında "Yonsey" universitetində partlayış baş verib. Hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.
13 İyun 2017 11:17 SiyasətCənubi Koreyanın paytaxtında "Yonsey" universitetində partlayış baş verib. Hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.
İlkin məlumata görə, professor bağlamanı açarkən partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan universitet əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri araşdırılır. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31