Yunanıstanda güclü zəlzələ

 Yunanıstanın Lesbos adasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Bir qadın Vris qəsəbəsində evinin dağıntıları altından tapılıb. Təkanlar Lesbos adasında dağıntıya səbəb olub. Hazırda adada bütün məktəblər bağlanıb. Təhsil Nazirliyi Lesbos və Xiosda çərşənbə axşamı keçirilməli olan buraxılış imtahanlarını təxirə salıb.

Xüsusilə də adanın cənubundakı Plomari şəhəri zəlzələdən zərər görüb. Dağıntılar barədə hələlik rəsmi məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31