Nazirə qarşı sui – qəsd hazırlandı
Türkiyənin Daxili İşlər naziri Süleyman Soyluya qarşı sui – qəsd hazırlığı təşkil olunub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İstanbul Təhlükəsizlik Müdirliyi və Terrorla Mübarizə idarəsinin ötən gün Acıbadəm Betül küçəsində yerləşən mənzillərin birində xüsusi əməliyyat həyata keçiriblər. Heç bir terror qruplaşmasının üzvü olmayan şəxslə polis arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı şübhəli vurularaq, zərərsiz hala gətirilib.
13 İyun 2017 12:17 DünyaTürkiyənin Daxili İşlər naziri Süleyman Soyluya qarşı sui - qəsd hazırlığı təşkil olunub. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, İstanbul Təhlükəsizlik Müdirliyi və Terrorla Mübarizə idarəsinin ötən gün Acıbadəm Betül küçəsində yerləşən mənzillərin birində xüsusi əməliyyat həyata keçiriblər. Heç bir terror qruplaşmasının üzvü olmayan şəxslə polis arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı şübhəli vurularaq, zərərsiz hala gətirilib.
Öldürülən şəxsin DHKP - C üzvü Din Özkeskin olduğu məlum olub. Öldürülən terrorçunun Daxili İşlər naziri Süleyman Soyluya qarşı sui - qəsd hazırladığı məlum olub. Terrorçunun yaşadığı evdə üzv olduğu təşkilata dair bir neçə sənədlər aşkarlanıb.