Cinayət Məcəlləsinə dəyişiklik edilib

Milli Məclisin növbədənkənar iclasında Cinayət Məcəlləsində dəyişikliklərə baxılıb. “Olaylar” xəbər verir ki, dəyişikliyə görə, məcəllənin 143-1-ci maddəsinin adında və dispozisiyasında “metodlarından” sözü “üsullarından” sözü ilə əvəz edilir. Mövcud mətndə göstərilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcburetmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Təklif olunan mətndə “metodlarından” sözü “üsullarından” sözü ilə əvəz edilir. 

Milli Məclisin növbədənkənar iclasında Cinayət Məcəlləsində dəyişikliklərə baxılıb. "Olaylar" xəbər verir ki, dəyişikliyə görə, məcəllənin 143-1-ci maddəsinin adında və dispozisiyasında "metodlarından" sözü "üsullarından" sözü ilə əvəz edilir. Mövcud mətndə göstərilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcburetmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Təklif olunan mətndə "metodlarından" sözü "üsullarından" sözü ilə əvəz edilir.  Dəyişikliklər "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" 2016-cı il 29 noyabr tarixli qanununun tətbiqi ilə əlaqədar təklif edilir.  Belə ki, dopinqə qarşı mübarizə sahəsində mövcud olan normativ hüquqi aktlarda "dopinq vasitələrindən və metodlarından istifadə" anlayışından istifadə edilsə də, bu sahədə yeni normativ hüquqi akt olan "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında"  qanunda "dopinq vasitələrindən və metodlarından istifadə" anlayışından istifadə edilib.  Bunu nəzərə alaraq, Cinayət Məcəlləsinin müvafiq maddəsində dəyişikliklərin edilməsi təklif edilir. "Bədən tərbiyəsi və idman haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində də müvafiq dəyişikliklər edilib. Qanun layihələri səsə qoyularaq qəbul edilib.Qanun layihələri səsəqoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31