Yer Elmləri bölməsinin növbəti iclası
Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin iclası keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər. İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
13 İyun 2017 13:20 SosialAzərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin iclası keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər. İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev "Aləmin əbədi dövranı paradiqması" mövzusunda məruzə ilə çıxış edib. Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Gündəlikdə əksini tapan növbəti məsələ AMEA-da yer elmləri sahəsi üzrə elmlər doktoru hazırlığının və "AMEA-nın professoru" elmi adı müsabiqəsində bölmənin institut və təşkilatlarının iştirak vəziyyətinin müzakirəsi olub. Müzakirələrdən sonra bölmə müvafiq qərar qəbul edib.
Tədbirdə 28 May - Respublika Günü münasibətilə elmi və ictimai fəaliyyətləri ilə fərqlənən elmi müəssisələrin bir qrup əməkdaşı Yer Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.