Azər Həsrət: “Həmsədrlərin işi kababdan yeyib öz ölkələrinə qayıtmaqdır”
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona bu səfəri də sıradan bir səfərdir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib. Siyasi şərhçinin sözlərinə görə, onların gəlib-getməsi necə ki, ötən illər ərzində heç nəyi dəyişməyib, bu dəfə də elə olacaq: “Çünki bu adamlar faktiki olaraq real heç nə edə bilmirlər.
13 İyun 2017 13:27 Siyasət"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona bu səfəri də sıradan bir səfərdir". Bunu siyasi şərhçi Azər Həsrət deyib. Siyasi şərhçinin sözlərinə görə, onların gəlib-getməsi necə ki, ötən illər ərzində heç nəyi dəyişməyib, bu dəfə də elə olacaq: "Çünki bu adamlar faktiki olaraq real heç nə edə bilmirlər. Onlar ümumiyyətlə vəziyyətə təsir imkanlarına malik deyillər. Edə biləcəkləri tək şey turist kimi gəlib, kababdan yeyib öz ölkələrinə qayıtmaqdır. Bunun Azərbaycanda xalqına bir faydası varmı? Yaxud bu yolla münaqişə həll edilə bilərmi? Təbii ki, yox. Ona görə də bu səfərin hər hansı fayda verəcəyini düşünmürəm". Sia.az