İran 17 nəfərin qətlinin sifarişçisini tapdı: “Əlimizdə dəqiq məlumat var”
“Səudiyyə Ərəbistanı terrorçulardan İrana hücum etmələrini istəyib”. Bu haqda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Məhəmməd Əli Cəfəri deyib. “Terrorçular ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Əlimizdə Səudiyyə Ərəbistanının terrorçulara əhəmiyyətli dəstək verdiyi və onlardan İrana hücumu etmələrini istədiyini göstərən dəqiq məlumatlar var”, - o bildirib.
13 İyun 2017 14:46 Dünya"Səudiyyə Ərəbistanı terrorçulardan İrana hücum etmələrini istəyib". Bu haqda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Məhəmməd Əli Cəfəri deyib.
"Terrorçular ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Əlimizdə Səudiyyə Ərəbistanının terrorçulara əhəmiyyətli dəstək verdiyi və onlardan İrana hücumu etmələrini istədiyini göstərən dəqiq məlumatlar var", - o bildirib.
Xatırladaq ki, iyunun 7-də silahlı şəxs Tehranda parlament binasına və Ayətullah Xomeyninin türbəsinə hücum ediblər. 17 nəfərin öldüyü, 40-dan çoxunun yaralandığı hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Publika.az "Fars" agentliyinə istinadən xəbər verir.