Əliağa Məmmədlinin monoqrafiyası nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Etnososioloji tədqiqatlar” şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin müəllifi olduğu “Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası nəşr edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Etnososioloji tədqiqatlar" şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin müəllifi olduğu "Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)" monoqrafiyası nəşr edilib.

İnstitutdan "Olaylar" - a bildirilib ki, monoqrafiya müasir etnik və etnomədəni prosesləri şərtləndirən amillərin və onların təsir dərəcəsinin müəyyənləşdirilməsinə həsr olunub. Kitabda Azərbaycanda etnik və etnomədəni proseslər nəzərdən keçirilir, etnik xüsusiyyətləri araşdıran etnologiya elminin Azərbaycandakı bu günkü durumu təhlil edilir, etnoslararası münasibətlərin tarixinə, müasir vəziyyətinə nəzər salınır.

Antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin monoqrafiyasında Azərbaycan üçün dəyişikliklərin gətirdiyi yeniliklər, həmçinin, etnoloqlar, tarixçilər, etnopsixoloqlar, politoloqlar arasında bu dəyişiklərə birmənalı olmayan münasibət göstərilir, dəyişikliklərin mümkün pozitiv və neqativ təsirləri analiz edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31