Rusiyanın Ermənistana satdığı silahlar açıqlandı
BMT Rusiyanın 2016-cı ildə silah satdığı ölkələrin adını açıqlayıb. Beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb. BMT-nin adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə "Smerç", "TOC-1A" ağır reaktiv artilleriya sistemləri, "Konkurs -M" tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenit-raket kompleksi satıb.
13 İyun 2017 16:17 DünyaBMT Rusiyanın 2016-cı ildə silah satdığı ölkələrin adını açıqlayıb. Beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb. BMT-nin adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə "Smerç", "TOC-1A" ağır reaktiv artilleriya sistemləri, "Konkurs -M" tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenit-raket kompleksi satıb.
Ermənistan tərəfi bir müddət əvvəl Rusiya hərbi sənayesinin ən son nailiyyətlərindən olan "Verba" və "İqla-S" zenit-raket komplekslərini aldığını iddia etmişdi. Azvision.az