“Parallelər” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu
Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi “Açıq Qapı” günü tədbiri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil olundu. Birlikdən “Olaylar” – a bildirilib ki, toplantını AFB-nin idarə heyətinin yaradıcılıq məsələləri üzrə sədr Mirnaib Həsənoğlu açdı. İlk olaraq ağır xəstəlikdən sonra dünyasını dəyişmiş fotoqraf T.Əfəndiyevin xatirəsi yad olundu. Daha sonra ağır yol qəzasında yaralanmış həmkarımız Azər Həmzəyevin səhəti ilə əlaqədar məlumat bildirildi. İştirakçılar Azərin tezliklə sağalması üçün arzu,dualarını bildirdilər. Bir daha yardım etmək istəyənlərə bank nömrəsi xatırlandı. Tədbirdə may ayı üçün nəzərdə tutulmuş “Parallelər” adlı aylıq fotomüsabiqəyə yekun vurulduğu xatırladıldı. Qeyd etmək lazımdır ki, bu ay üçün nəzərdə tutulan müsabiqənin müəllifi və kordinatoru Günel Məmmədova idi.
13 İyun 2017 16:59 MədəniyyətAzərbaycan Fotoqrafları Birliyinin ənənəvi "Açıq Qapı" günü tədbiri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil olundu. Birlikdən "Olaylar" - a bildirilib ki, toplantını AFB-nin idarə heyətinin yaradıcılıq məsələləri üzrə sədr Mirnaib Həsənoğlu açdı. İlk olaraq ağır xəstəlikdən sonra dünyasını dəyişmiş fotoqraf T.Əfəndiyevin xatirəsi yad olundu. Daha sonra ağır yol qəzasında yaralanmış həmkarımız Azər Həmzəyevin səhəti ilə əlaqədar məlumat bildirildi. İştirakçılar Azərin tezliklə sağalması üçün arzu,dualarını bildirdilər. Bir daha yardım etmək istəyənlərə bank nömrəsi xatırlandı.
Tədbirdə may ayı üçün nəzərdə tutulmuş "Parallelər" adlı aylıq fotomüsabiqəyə yekun vurulduğu xatırladıldı. Qeyd etmək lazımdır ki, bu ay üçün nəzərdə tutulan müsabiqənin müəllifi və kordinatoru Günel Məmmədova idi.
Müsabiqəyə 11 nəfər həvəskar və peşəkar fotoqraf 32 foto ilə qatılıblar. 17 foto müsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməyib. Şərtlərə görə fotolar son 1 il ərzində çəkilməli, aylıq mövzuya və qeyd olunan texniki parametrlərə uyğun gəlməli idi. Bu səbəbdən də müsabiqəyə cəmi 18 foto qəbul edildi. Fotolar gizli səsvermə yolu ilə seçilib. Səs çoxluğu ilə "Parallelər" aylıq foto müsabiqəsinin qalibləri Aleksandr Firstov, Rəhimə Rüstəmli və Ağa Sədrili olub. Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplomla təltif olundular. Müsabiqənin kordinatorluğuna görə Günel Məmmədovaya sertifikat təqdim olundu.
Tədbirdə iştirakçılara sentyabr və oktyabr aylarında Gürcüstan Foto günləri haqda məlumat verildi.