Mayra Almaszadə Həştərxanda ustad dərsləri keçdi
Rusiya Federasiyasının Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi Mayra Almaszadə Həştərxan vilayətinin uşaq musiqi və incəsənət məktəblərinin xoreoqrafiya şöbələrinin müəllimləri və konsertmeysterləri üçün ustad dərslər keçib. Akademiyadan “Olaylar" – a bildirilib ki, interaktiv şəkildə təşkil olunan ustad dərslərində klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasısının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları və digər mühüm sənət məsələləri üzrə praktiki dərslər keçirilib, müzakirələr aparılıb. Bununla belə müzakirələrdə klassik rəqs müşayiəti, konsertmeyster sənətinin vacibliyi vurğulanmış və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının müəllim-konsertmeysterlərinin də ustad dərslər keçməsi üçün dəvət olunacağı qeyd edilib.
13 İyun 2017 16:37 İncəsənətRusiya Federasiyasının Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi Mayra Almaszadə Həştərxan vilayətinin uşaq musiqi və incəsənət məktəblərinin xoreoqrafiya şöbələrinin müəllimləri və konsertmeysterləri üçün ustad dərslər keçib. Akademiyadan "Olaylar" - a bildirilib ki, interaktiv şəkildə təşkil olunan ustad dərslərində klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasısının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları və digər mühüm sənət məsələləri üzrə praktiki dərslər keçirilib, müzakirələr aparılıb. Bununla belə müzakirələrdə klassik rəqs müşayiəti, konsertmeyster sənətinin vacibliyi vurğulanmış və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının müəllim-konsertmeysterlərinin də ustad dərslər keçməsi üçün dəvət olunacağı qeyd edilib.
Ustad dərslərində iştirak edən digər ölkələrin nümayəndələri dərsləri maraqla qarşılayaraq, onları yüksək qiymətləndirmiş və Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətininin nümayəndələrini öz ölkələrinə ustad dərslər keçmək üçün dəvət ediblər.
Səfər çərçivəsində M. Almaszadə Həştərxan vilayətinin bir sıra mədəniyyət müəssisələri, tarixi-mədəni obyektləri, o cümlədən Opera və Balet Teatrı və balet artistləri ilə tanış olmuş, perspektiv əməkdaşlıq barədə danışıqlar aparıb.