Türkiyəni qorxuya salan şəxs: bir gün öncədən "6.3 gəlir. Havanı qoxlayıram" yazmışdı

Ötən gün günorta saatlarında Egey dənizində 6.3 bal gücündə zəlzələ baş verdiyi və təkanların İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss edildiyi haqda məlumat vermişdik.

Ötən gün günorta saatlarında Egey dənizində 6.3 bal gücündə zəlzələ baş verdiyi və təkanların İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss edildiyi haqda məlumat vermişdik. Lakin hal-hazırda bütün Türkiyəni maraqlandıran 6.3 bal gücündə qorxulu zəlzələnin olacağı ilə bağlı bir gün öncədən sosial şəbəkə hesabında paylaşım edən şəxsin kimliyidir.  "AYBERK" adlı bu şəxs Twitter hesabından zəlzələdən bir gün öncə bu xəbərdarlığı edib: "Gözləriniz görmür, qulaqlarınız eşitmirmi? Sizi doğan ananın xəbərdarlığını hiss etmirsinizmi? BU GECƏ ZƏLZƏLƏ GECƏSİ".

Profil adı "AYBERK" olan şəxs ardıcıl ikinci paylaşımında isə etdiyi qeydlərlə oxuyanlara əsl şok yaşadıb. Zəlzələnin episentrinə kimi dəqiqliklə qeyd edilən həmin paylaşımı təqdim edirik: "6.3 gəlir. Hər kəs tədbirini görsün. Havanı qoxlayıram, mən nə deyirəmsə o olacaq". Milli.Az baho-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31