Məscid tikərkən tarix tapdılar

Türkiyənin Hatay vilayətindəməscid tikintisi zamanı ortaya çıxanlar insanlara şoka salıb. Hatay vilayətinin Arsuz bölgəsində məscid inşasının qazıntıları zamanı yeraltı otaqlar və çoxsayda küplər aşkarlanıb. 

Türkiyənin Hatay vilayətindəməscid tikintisi zamanı ortaya çıxanlar insanlara şoka salıb. Hatay vilayətinin Arsuz bölgəsində məscid inşasının qazıntıları zamanı yeraltı otaqlar və çoxsayda küplər aşkarlanıb. Verilən məlumata görə, məscidin bu ərazidə tikilməsi müvəqqəti olaraq dayandırılıb. Hadisə yerinə gələn polis əməkdaşları ərazinin ətrafını mühasirəyə alıb. Hatay Arxeologiya Muzeyinin rəsmiləri arxeoloji araşdırmalar aparılmadan aşkarlanan küplər haqqında heç bir məlumat verə bilməyəcəklərini bildiriblər. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31