Atası tərəfindən zorla PKK – ya verildi
PKK terror təşkilatına məxsus düşərgədən qaçmağa çalışan iki qadın Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olublar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, 16 yaşında olan R. K və 22 yaşında M. D polisə verdiklərə ifadələrində terror təşkilatına necə üzv olduqlarını anladıblar. 8 – ci sinif şagirdi ilə birgə qaçırılaraq terror təşkilatına üzv edilən R. K dəfələrlə ona qarşı olunan təzyiqlər səbəbi ilə terror təşkilatına məxsus düşərgədən qaçmaq istədiyini bildirib. M. D isə ifadəsində 17 yaşında atası tərəfindən zorla PKK terror təşkilatına verildiyini qeyd edib. "Doğru dürüst valideyn üzü görmədim. Oxuyub, peşə sahibi olmağı çox istəyirdim" deyə, M. D öz ifadəsində qeyd edib.
14 İyun 2017 11:28 DünyaPKK terror təşkilatına məxsus düşərgədən qaçmağa çalışan iki qadın Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olublar. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, 16 yaşında olan R. K və 22 yaşında M. D polisə verdiklərə ifadələrində terror təşkilatına necə üzv olduqlarını anladıblar. 8 - ci sinif şagirdi ilə birgə qaçırılaraq terror təşkilatına üzv edilən R. K dəfələrlə ona qarşı olunan təzyiqlər səbəbi ilə terror təşkilatına məxsus düşərgədən qaçmaq istədiyini bildirib. M. D isə ifadəsində 17 yaşında atası tərəfindən zorla PKK terror təşkilatına verildiyini qeyd edib. "Doğru dürüst valideyn üzü görmədim. Oxuyub, peşə sahibi olmağı çox istəyirdim" deyə, M. D öz ifadəsində qeyd edib.
Hər iki qadın daha əvvəl də təşkilatdan qaçmağı sınadıqlarını, lakin tutularaq yenidən həbs edildiklərini bildiriblər.