Həmsədrlərin Ermənistan maraqlarına xidmət edən səfəri

Hazırda regionda müşahidə edilən tendensiya Qarabağ məsələsində hərbi hərəkətliliyin artdığından ibarətdir. Bir tərəfdən Rusiya Ermənistanı yeni silahlar, hərbi texnika ilə təmin etdiyi halda, digər tərəfdə Azərbaycan gözlənilən təhdidlərə qarşı önləm alaraq müntəzəm olaraq hərbi təlimlər keçirir. Bir müddət əvvəl Silahlı Qüvvələrin keçirdiyi irimiqyaslı həbi təlimlərin ardınca Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında növbəti təlim keçirib.

Yaxud vasitəçilərin erməni həbiçilərlə görüşü separatizmə dəstək anlamı kimi

Hazırda regionda müşahidə edilən tendensiya Qarabağ məsələsində hərbi hərəkətliliyin artdığından ibarətdir. Bir tərəfdən Rusiya Ermənistanı yeni silahlar, hərbi texnika ilə təmin etdiyi halda, digər tərəfdə Azərbaycan gözlənilən təhdidlərə qarşı önləm alaraq müntəzəm olaraq hərbi təlimlər keçirir. Bir müddət əvvəl Silahlı Qüvvələrin keçirdiyi irimiqyaslı həbi təlimlərin ardınca Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında növbəti təlim keçirib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq keçirilən təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlim zamanı Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb. 5000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyun ayının 16-dək davam edəcək. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi təlimlər keçirdiyi bir ərəfədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda peyda olması da vasitəçilərin bölgədəki hərbi hərəkətlilikdən narahatçılıq keçirdiklərinin göstəricisi sayıla bilər. Düzdür, həmsədrlər əvvəlcədən regiona səfər edəcəklərini açıqlamışdılar. Ancaq onların Azərbaycan və Türkiyə hərbi təlimləri keçirilən günlərdə regiona gələcəkləri bəlli deyildi. Belə görünür ki, həmsədrləri yuxarıda da qeyd etdiyimiz kimi narahat edən məsələ hərbi hərəkətliliyin artmasıdır. Ancaq bu o demək deyil ki, vasitəçi dövlətlər Qarabağda yeni bir müharibənin baş verəcəyindən əndişə keçirirlər. Sadəcə onları narahat edən əsas məsələ yeni bir müharibə başlayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana sarsıdıcı zərbələr endirəcəyi qorxusudur. Elə həmsədrlərin regiona səfərlərinin də mahiyyəti bundan ibarətdir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür, Onun sözlərinə görə, vasitəçilərin səfər marşrutları hər şeyi aydın şəkildə ortaya qoyur: " ATƏT-in Minsk qrupunun həmsədrləri üç gündür ki, regionda səfərdədirlər. Həmsədrlərin Azərbaycana səfəri ayın 19-da reallaşacaq. İlk olaraq, Ermənistana səfər edən Minsk qrupunun həmsədrləri, bu ölkənin xarici işlər naziri Eduard Nalbandyanla görüş keçirib. Görüşdə Qarabağ münaqişəsi ətrafında vəziyyət, atəşkəs rejimi, monitorinq qrupunun artırılması, Vyana və Santk Petrrburqda əldə olunmuş razılıqlara əməl etmək və digər məsələlər ətrafında müzakirələr aparılıb. Bundan sonra, həmsədrlər Ermənistan prezidenti Serj Sərkisyannın qəbulunda olub. Eyni şəkildə davam edən müzakirələrdə demək olar ki, həmsədrlər Ermənistanın mövqeyini nümayiş etdirirlər". Politoloq deyib ki, Yerevandan işğal olunmuş Azərbaycan ərazilərinə gələn Minsk qrupu burada separatçı rejimin başçısı Bako Saakyan və hərbiçilərlə görüş keçirib: "Həmsədrlərin Xankəndində hərbiçilərlə görüşməsi, Azərbaycana qarşı hörmətsizlik və bir daha bu formatın uğursuz olduğunun göstəricisidir. Qeyd edim ki, Yerevanda görüşlərdə Ermənistan XİN muavini Savaş Koçaryan Minsk qrupunun fəaliyyətindən razı olduqlarını qeyd edir. Göründüyü kimi, işğalçı ölkə bu qrumdan razılıq edirsə, demək bu format işğalçıya dolayı dəstək nümayiş etdirir. Qeyd edim ki, hazırkı səfərdə heç bir proqramı olmayan həmsədrlər, yalnız atəşkəsi və Ermənistanı təzyiqlərdən qorumaq üçün təşrif  buyurublar". Məhəmməd Əsədullazadə qeyd edib ki,  Bakıya səfər gələcək Minksk qrupunun üzvülərini Şəhidlər Xiyabanına aparmaq lazımdır. Onun sözlərinə görə, həmsədrlərin Xankəndində hərbiçilərlə görüşlərinə bu tərzdə qarşılıq vermək zəruridir.

Politoloq onu da diqqətə çatdırıb ki, Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi ildən artıqdır  konflikti həll edə bilmir: "NATO və digər təşkilatlarda məhz bu işə müdaxilə etmir. NATO-nun artıq Gürcüstanda olduğunu nəzərə alsaq, Alyans münaqişəyə öz münasibətini zamanla bildirəcək. Daima NATO ATƏT-in Minsk qrupunun işinə müdaxilə etməmək barədə qeyd edirdi. Qarabağ münaqişəsi həll edilməyincə Azərbaycanın silahlanması davam edəcək. Həmçinin işğalçı Ermənistana Rusiyanın verdiyi silahlarda regionda silahlanma riskini artırır. Bu da yeni müharibənin başlanmasını sürətləndirə bilər. Təbii ki, münaqişə həll olunmayınca, NATO işğalçı ölkəyə təzyiq etməyincə, silahlanmadan narahat olmamalıdır. Narahatdırsa, ilk növbədə münaqişəsinin həllinə dəstəyin ifadə etməlidir. Ermənistanla siyasi dialoq aparmaq əvəzinə ilk növbədə silahlanmaya səbəb olan işğalçının siyasətinə təzyiq etməlidir". Politoloqun sözlərinə görə,  görünən odur ki, Ermənistan Azərbaycanın silahlanmasından cəbhədə düşmənə etdiyi təzyiqdən NATO rəsmlərindən imdad diləyir. Müharibə başlasa artıq NATO proseslərə siyasi təsir edəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31