Yuğda premyera
İyunun 14 – də Azərbaycan Dövlət "Yuğ" Teatrının yaradıcı heyəti yeni tamaşa -"Metamorfoza" adlı səhnə əsərinin premyerası olacaq. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb. Teatrdan "Olaylar" - a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq. Tamaşada aktyorlar Oqtay Mehdiyev (Sən) , Zümrüd Qasımov (Mən) və Elgün Həmidov ( O) rollarında çıxış edəcəklər.
14 İyun 2017 12:10 Teatr və kinoİyunun 14 - də Azərbaycan Dövlət "Yuğ" Teatrının yaradıcı heyəti yeni tamaşa -"Metamorfoza" adlı səhnə əsərinin premyerası olacaq. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.
Teatrdan "Olaylar" - a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq tamaşada aktyorlar Oqtay Mehdiyev (Sən) , Zümrüd Qasımova (Mən) və Elgün Həmidov ( O) rollarında çıxış edəcəklər.
Üç naməlum şəxs düşdükləri şəraitdə islah olmaq üçün "özlərini kənardan görməyi" oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün uşaqlaşırlar.
Sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.
Sosium problemləri bir çoxlarımızı maddi, mənəvi məngənəyə salır, çıxılmazlıq içində qalan fərdlər çıxış yolunu daha asan hesab etdikləri ugursuz yolda tapırlar. Bu yolun səhv olduğunu anlayan insan oynamaqdan, uşaqlıq etməkdən çəkinmir və ruhunda işıq yandırmağa, həyatla barışmaga çalışır. İçindəki pislik, zorakılıq oyuna çevrilibsə, demək ki, islah olubsan.
Tamaşanın premyerası A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşan səhnə əsərinin xronometrajı 60 dəqiqədir.