Renan Alveş karyerasını Serbiyada davam etdirəcək
Renan Alveş "Kəpəz"dən rəsmən ayrılıb. Fransa I Liqasında mübarizə aparan "Amiens" klubuna keçidi baş tutmayan Renan karyerasını Serbiyada davam etdirəcək. 24 yaşlı müdafiəçi "Vojvodina" klubuna keçib. Onunla 2 illik müqavilə imzalanıb. Braziliyalı müdafiəçi "Kəpəz"ə Portuqaliyanın "Gil-Visente" klubundan gəlmişdi.
14 İyun 2017 13:27 İdmanRenan Alveş "Kəpəz"dən rəsmən ayrılıb. Fransa I Liqasında mübarizə aparan "Amiens" klubuna keçidi baş tutmayan Renan karyerasını Serbiyada davam etdirəcək. 24 yaşlı müdafiəçi "Vojvodina" klubuna keçib. Onunla 2 illik müqavilə imzalanıb. Braziliyalı müdafiəçi "Kəpəz"ə Portuqaliyanın "Gil-Visente" klubundan gəlmişdi.
Qeyd edək ki, "sambaçı" Goal.az saytının ötən mövsüm keçirdiyi sorğuda sentyabr ayının ən yaxşı futbolçusu seçilmişdi. Goal.az