Ziyafət Əsgərov: “Rusiya-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur"
“Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur”. Bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
14 İyun 2017 13:14 Siyasət"Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur". Bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Z. Əsgərov qeyd edib ki, Rusiya tərəfdən də Azərbaycana qarşı heç bir gərginlik yaradılmır. "Rusiya ilə münasibətlərimiz strateji əməkdaşlıq fonunda inkişaf edir, hesab edirəm ki, bu, gələcəkdə də belə olacaq", - deyə o vurğulayıb. Apa.az