Baş nazirin müavini: “Həmsədrlər vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir”

"ATƏT Minsk qrupu həmsədrlərinin səfərindən gözləntimiz var. Onlar ədalətli qərar qəbul edilməsi üçün daha səylə çalışmalıdırlar. Vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir". Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcraçı katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov deyib.

O təəssüflə qeyd edib ki, uzun illərdir ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımı addımlar atılmayıb: "Düzdür müəyyən işlər görürlər, mən bunların işinə tamamilə ədalətsiz demək istəməzdim. Amma məsələnin həll olunması, bizim məcburi köçkünlərin həyatının yaxşılaşdırması üçün əsas işlər görülməyib. Torpaqlarımız işğaldan azad olmayıb, qaçqın və köçkünlər öz yurdlarına qayıtmayıb və s. Bizim onlardan gözlədiyimiz bundan ibarətdir. Bu yaxınlarda bəyanatlar səsləndiriblər. Amma əsas bəyanat ondan ibarət olmalıdır ki, bu problem öz həllini tapsın. Bu münaqişə həddindən çox uzandı, bunun uzanması da bir yandan insanlara qarşı ədalətsizliyin davam etməsi deməkdir, digər tərəfdən isə regionda təhlükəsizliyə təhdidin artmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31