Deputat: “Müharibə ehtimalı qaçılmazdır”
Ermənilər həyasızcasına Dağlıq Qarabağ münaqişəsinin real həllindən boyun qaçırırlar. Ermənilər belə iddialarla çıxış ediblər ki, cəbhə xəttində onların istədiyi kimi etibarlı atəşkəsin təmin olunması həyata keçirilməlidir.
14 İyun 2017 14:16 SiyasətErmənilər həyasızcasına Dağlıq Qarabağ münaqişəsinin real həllindən boyun qaçırırlar. Ermənilər belə iddialarla çıxış ediblər ki, cəbhə xəttində onların istədiyi kimi etibarlı atəşkəsin təmin olunması həyata keçirilməlidir.
Bu fikirləri deputat Rasim Musabəyov ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərini şərh edərkən deyib. O qeyd edib ki, ermənilər torpaqları işğal ediblər, həm də bu işğalı möhkəmləndirmək barəsində düşünürlər: "Hesab edirəm ki, həmsədrlərin belə təkliflərlə Bakıya gəlib danışıqlar aparması da yersizdir. Hələ ki bu məsələ ilə bağlı müsbət bir şey gözləmirəm".
O qeyd edib ki, Azərbaycan torpaqlarının əbədi işğalda saxlanması ilə barışası deyil: "Danışıqlar, məsələlərin dinc yolla həlli mümkün olmadığı halda müharibə ehtimalı, münaqişənin gərginləşməsi qaçılmazdır". Azadinform.az