Türkiyə hədəfdə

Yaxın Şərqdə gərginlik getdikcə artır. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı-Qətər, İran-Səudiyyə Ərəbistanı arasında süni şəkildə yaradılan gərginlikdə əsas məqsəd heç də əslində sözügedən ölkələri bir-birinə düşmən etmək deyil. Məqsəd daha ciddi planlar reallaşdırmaq və bölgəni tamamilə parçalamaqdır. Qərbin hazırlamış olduğu bu plan bir tərəfdən də Türkiyə üçün nəzərdə tutulan bir “sürprizdir”. Daha dəqiq desək söhbət bütün bu baş verən proseslərin fonunda illərdir reallaşdırılması nəzərdə tutulan Kürdsüstan dövlətini yaratmaqdır. Elə Türkiyəni Səudiyyə Ərəbistanı-Qətər böhranına cəlb etmək də başlıca məqsədlərdən biri budur. Təsadüfi deyil ki, elə türkiyəli ekspertlər də bu qənaətdədirlər. Onlar hesab edirlər ki, istər Ər-Riyad-Doha böhranı, istərsə də bir nüçə gün əvvəl İran İslam Respublikasının paytaxtı Tehranda həyata keçirilən terror aksiyası buna xidmət edir.

Qərb Kürdüstan dövləti ideyasını addım-adım reallaşdırır

Yaxın Şərqdə gərginlik getdikcə artır. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı-Qətər, İran-Səudiyyə Ərəbistanı arasında süni şəkildə yaradılan gərginlikdə əsas məqsəd heç də əslində sözügedən ölkələri bir-birinə düşmən etmək deyil. Məqsəd daha ciddi planlar reallaşdırmaq və bölgəni tamamilə parçalamaqdır. Qərbin hazırlamış olduğu bu plan bir tərəfdən də Türkiyə üçün nəzərdə tutulan bir "sürprizdir". Daha dəqiq desək söhbət bütün bu baş verən proseslərin fonunda illərdir reallaşdırılması nəzərdə tutulan Kürdsüstan dövlətini yaratmaqdır. Elə Türkiyəni Səudiyyə Ərəbistanı-Qətər böhranına cəlb etmək də başlıca məqsədlərdən biri budur. Təsadüfi deyil ki, elə türkiyəli ekspertlər də bu qənaətdədirlər. Onlar hesab edirlər ki, istər Ər-Riyad-Doha böhranı, istərsə də bir nüçə gün əvvəl İran İslam Respublikasının paytaxtı Tehranda həyata keçirilən terror aksiyası buna xidmət edir.

Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey hesab edir ki, İranın paytaxtı Tehranda terror təşkilatı IŞID tərəfindən edilən xain hücumun əslində bir hədəfi də bölgədə Türkiyənin əlini zəiflətmək, onun iqtisadiyyatına zərbə vurmaqdır. Onun sözlərinə görə, Türkiyəyə qarşı Birləşmiş Ştatlar və Avropanın iqtisadi təzyiqləri, "Xalq bank"ın xaricə açılımını əngəlləmək bunların tərkib hissəsidir. O, bildirib ki, Türkiyəyə qarşı məkirli plan quran Avropa və Birləşmiş Ştatlar Ankaranın Tehranla iqtisadi əlaqələrindən əndişələndiyi üçün İrandan Türkiyəyə gələn investisiyaları dayandırmğa çalışır: "Bu bir danılmaz faktdır ki, Birləşmiş Ştatlar və Avropa ölkələri Türkiyənin regionda söz sahibi olmasından narahatdır. Qətərə qarşı tətbiq edilən iqtisadi və diplomatik sanksiyaların da başlıca hədəfi yenə Türkiyədir. 2009-ci ildə Qətər ilə Türkiyə arasında aparılan qaz kəməri müqaviləsindən və Türkiyədə yatırılan 19 milyard dollar sərmayədən narahat olanlar həmin ölkələr Dohaya sanksiyalar tətbiq etməklə Qətərin Türkiyəyə qarşı dəstəyini aradan qaldırmağa çalışırlar. Türkiyə iqtisadiyyatına böyük miqyasda töhfə verən qonşu İrana qarşı həyata keçirilən xain terror hücumu da yenə Türkiyə Cümhuriyyətini və hökumətini hədəf xarakteri daşıyır". ASİMDER rəhbəri Göksəl Gülbəy onu da əlavə edib ki, Qətərə qarşı tətbiq edilən sanksiyalar təkcə iqtisadi amillə bağlı deyil. Dərnək rəhbərinin sözlərinə görə, burada Dohanın Ankaraya göstərdiyi siyasi dəstək də mühüm rol oynayır və bundan Qərb zamanında ciddi narahatlıq ifadə edib. Göksəl Gülbəy deyir ki, bu problemin kökü 15 iyul həbi çevilişinə gedib çıxır: "Belə ki, FETÖ terror təşkilatının 15 İyul dövlət çevrilişinə cəhdi zamanı Qətərdən 150-yə yaxın xüsusi təyinatlı həbiçinin İstanbula gəldiyi və prezidenti Rəcəb Tayyib Ərdoğanı qorumaq üçün hava limanına eniş etdikləri bildirilir. Məlumata görə, dövlət çevrilişi cəhdi aradan qalxdıqdan sonra qətərli hərbiçilər sakit bir halda ölkələrinə qayıdıblar. Təbii ki, Qətərin bu dəstəyi o zaman Qərb üçün heç də ürəkaçan olmadı. Qətərin İrana dəstək nümayiş etdirməsi isə Doha ilə yanaşı Tehranı da hədəf taxtasına gətirib".

ASİMDER rəhbəri onu da əlavə edib ki, Türkiyəyə qarşı planda Qərb PKK kartından da istənilən səviyyədə istifadə edir və terror təşkilatına Türkiyəyə qarşı amansız mübarizə aparmaq üçün dəstək verir. Göksəl Gülbəy deyib ki, PKK-nın Suriya qanadı olan YPĞ-nın amerikan əsgərləri tərəfindən mühafizə edilməsi hər şeyi aydın şəkildə ortaya qoyur. Dərnək rəhbərinin sözlərinə görə, PKK-nın Türkiyəyə qarşı səfərbər olmasında nəzarətsiz zonalardan daha çox istifadə edilir. Göksəl Gülbəy deyib ki, bu baxımdan Azərbaycanın işğal altında olan əraziləri PKK-nı silahlandıranlar üçün daha cəlbedici görünür: "Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri olan Qarabağ bölgəsində terror təşkilatının düşərgələri qurulur. Bu bölgə PKK üçün ikinci Kandil hesab edilir. Suriyadaki vətəndaş müharibəsindən dolayı 2016-ci ildə Ermənistan dövləti bu ölkədə yaşayan erməniləri Yerevana gətirərək onları Qarabağ bölgəsinə yerləşdirməyə başladı. Qarabağa yerləşdirilən həmin ermənilərin əksəriyyəti PKK-nın Suiya qanadı olan YPĞ-nın üzvləri, hətta IŞID terror təşkilatının nümayəndələridir. Onu da qeyd edim ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarının da hesabatları var. Bir sözlə. Ermənistan Suriya vətəndaşlarını yeni bir terror təşkilatları qurmaq üçün Qarabağ bölgəsinə yerləşdirib". Göksəl Gülbəy onu da qeyd edib ki, PKK-nın Qarabağda yerləşdirilməsi Kürdüstan dövləti yaradılmasının tərkib hissəsidir və bu məqsədə xidmət edir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31