AzTU-da yazılı imtahanlarda tam yeni qaydalar tətbiq olunur

İyunun 14-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq yaz imtahan sessiyasının gedişini izləmək üçün Universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.

İyunun 14-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" müvafiq əmrinə uyğun olaraq yaz imtahan sessiyasının gedişini izləmək üçün Universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.

AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu il yaz imtahan sessiyasında təxminən doqquz minə yaxın tələbə iştirak edir. Bu sessiyada təxminən üç minə yaxın tələbə yazılı imtahan verir. Bunlara bütün I kurs və Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və eləcə də magistrantlar daxildir. Bakalavriat səviyyəsinin II, III və IVkurslarında təhsil alan tələbələr isə test üsulu ilə imtahan verirlər.

Yazılı imtahanların verilməsi üçün AzTU-da tam yeni texnologiya tətbiq olunub. Belə ki, tətbiq olunan proqram vasitəsi ilə tələbə sistemə lazımi məlumatları daxil edərək suallarını əldə edir və imtahan verir. Tələbələr test üsulunda olduğu kimi yazılı imtahanı da universitetin kompyuterlərlə təmin olunmuş imtahan mərkəzində verirlər. Bunu da imtahanların gedişində şəffaflığın təmin olunması üçün zəruri amil hesab etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31