ABŞ-ın İrəvandakı məxfi laboratoriyaları... – Qukasyan

2010-cu ildən başlayaraq, Ermənistanda biolaboratoriyaların həcmi 20-dən 400-ə qədər artıb. Bunu Ermənistanın “Xalqın səsi” ictimai klubunun “Ermənistanda bioloji laboratoriyalar hərbi xarakterli xarici obyektlər kimi” mövzusunda təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı ekspert Arman Qukasyan söyləyib.

2010-cu ildən başlayaraq, Ermənistanda biolaboratoriyaların həcmi 20-dən 400-ə qədər artıb. Bunu Ermənistanın "Xalqın səsi" ictimai klubunun "Ermənistanda bioloji laboratoriyalar hərbi xarakterli xarici obyektlər kimi" mövzusunda təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı ekspert Arman Qukasyan söyləyib. O, bioloji laboratoriyaların ABŞ Müdafiə Nazirliyinin maliyyəsi ilə açıldığını bildirib: "2010-cu ildən başlayaraq, bu cür referens laboratoriyalar Ukrayna, Gürcüstan, Moldova, Qazaxıstan, Özbəkistan və Azərbaycanda da açılıb. Bu laboratoriyalar iki xarakter daşıyır. Belə ki, onları hərbçilər maliyyələşdirir və fəaliyyətləri ciddi şəkildə məxfidir. Laboratoriyanın dəstəklənməsi üçün ABŞ böyük miqdarda vəsait xərcləyir. Məsələn, Ukraynada onlar 175 milyon dollar, Gürcüstanda 150 milyon, Qazaxıstanda isə 130 milyon dollar xərcləyiblər. Ermənistanda bu laboratoriyalar İrəvan, Gümrü və İcevanda yerləşdirilib. İnformasiya var ki, bu cür laboratoriyalar digər regionlarda da açılacaq. Heç bir şübhə yoxdur ki, ABŞ, xüsusilə, Pentaqon bu işə böyük maliyyə vəsaiti xərcləyir və ciddi hərbi, siyasi hədəfləri var".

Klubun başqa bir eksperti Sovinar Kostanyan isə ABŞ-ın bu laboratoriyalar üçün Ermənistanda 18 milyon dollar xərclədiyini söyləyib:

"Bu cür vacib obyektlərin xarici dövlətlərin nəzarəti altında olması qəbuledilməzdir. Pentaqon artıq bunun üçün Ermənistan 18 milyon dollar xərcləyib. Əgər bu laboratoriyaları hərbçilər maliyyələşdirirsə, o zaman bunun hərbi məqsədləri də var".

Qeyd edək ki, bundan öncə Rusiya özünün cənub sərhədlərində ABŞ-ın bioloji silah hazırlamaq üçün xüsusi laboratoriyalar yaratdığını bildirmişdi. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31