"Gənc istedadlar" liseyində "Son zəng" çalındı
İyunun 14 – də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edərək gələcək hayatlarında uğurlar arzulayıb. Liseyin direktoru, professor Qasım Hüseynov liseyin 2016-2017-ci tədris ilində qazandığı uğurlardan bəhs edib. Bu il liseyi bitirən 46 məzunun əksər hissəsinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların ilk mərhələsindən 600-dən çox bal topladıqlarının diqqətə çatdırıb.
14 İyun 2017 14:54 Sosialİyunun 14 - də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib. Universitetdən "Olaylar" - a bildirilib ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edərək gələcək hayatlarında uğurlar arzulayıb. Liseyin direktoru, professor Qasım Hüseynov liseyin 2016-2017-ci tədris ilində qazandığı uğurlardan bəhs edib. Bu il liseyi bitirən 46 məzunun əksər hissəsinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların ilk mərhələsindən 600-dən çox bal topladıqlarının diqqətə çatdırıb.
Tədbirdə liseyin respublika, eləcə də şəhər olimpiadalarında yer tutmuş şagirdləri diplomla təltif edilib.