Şərqşünaslıq İnstitutunda Əmin Ər – Reyhaninin 140 illiyi

 İyunun 14-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış ərəb məhcər ədibi Əmin ər-Reyhaninin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya keçirildi. İnstitutdan “Olaylar” – a bildirilib ki, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı akademik G.B.Baxşəliyeva qeyd etdi ki, məhcər ədəbiyyatının görkəmli nümayəndəsi Əmin ər-Reyhani istər ərəb ədəbiyyatşünaslığında, istərsə də dünya şərqşünaslığında adı daima hörmətlə çəkilən şəxsiyyətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan alimi, professor Aida İmanquliyeva onun adını ərəb məhcər ədəbiyyatının Mixail Nuaymə, Cübran Xəlil Cübran kimi korifeyləri ilə bir sırada çəkmişdir.

İyunun 14-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış ərəb məhcər ədibi Əmin ər-Reyhaninin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya keçirildi.

İnstitutdan "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı akademik G.B.Baxşəliyeva qeyd etdi ki, məhcər ədəbiyyatının görkəmli nümayəndəsi Əmin ər-Reyhani istər ərəb ədəbiyyatşünaslığında, istərsə də dünya şərqşünaslığında adı daima hörmətlə çəkilən şəxsiyyətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan alimi, professor Aida İmanquliyeva onun adını ərəb məhcər ədəbiyyatının Mixail Nuaymə, Cübran Xəlil Cübran kimi korifeyləri ilə bir sırada çəkmişdir.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Fatma Məcidova "Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi" mövzusunda məruzə etdi.
Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, f.ü.e.d. Vilayət Cəfərov "Əmin ər-Reyhaninin İraq təəssüratları" adlı məruzə ilə çıxış etdi. V.Cəfərov bildirdi ki, Əmin ər-Reyhani Amerikada yazıb-yaratmasına baxmayaraq, onu daima ərəb dünyasının keçmişi, indisi və gələcəyi düşündürürdü.
Sonra İnstitutun Şərq-Qərb şöbəsinin böyük elmi işçiləri f.ü.f.d. Mahir Həmidov "Əmin ər-Reyhaninin "Ərəb baharı" anlayışı və onun sosial-fəlsəfi mahiyyəti", Xuraman Əliyeva "Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqatçısı kimi" mövzularında məruzə etdilər.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31