Ukraynalı dirijor Viktoriya Ratsyuku Opera və Balet Teatrında

 İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, teatrın rəhbərliyi tamaşanı idarə etmək üçün Ukraynalı dirijor Viktoriya Ratsyuku dəvət edib. Viktoriya Ratsyuk yaradıcı karyerasına 1995-ci ildə başlayıb. O musiqinin müxtəlif janrlarında: opera, simfonik və müasir bəstəkarların əsərlərini idarə etmək sahəsində çox uğurla fəaliyyət göstərir. Vətəni Ukrayna ilə yanaşı, Rusiya, Almaniya, Danimarka, Yunanıstan, Polşa, Macarıstan, Çexiya, Braziliya kimi ölkələrdə simfonik orkestrlərlə birlikdə çıxış etmişdir.

İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası nümayiş olunacaq. Teatrdan "Olaylar" - a bildirilib ki, teatrın rəhbərliyi tamaşanı idarə etmək üçün Ukraynalı dirijor Viktoriya Ratsyuku dəvət edib.

Viktoriya Ratsyuk yaradıcı karyerasına 1995-ci ildə başlayıb. O musiqinin müxtəlif janrlarında: opera, simfonik və müasir bəstəkarların əsərlərini idarə etmək sahəsində çox uğurla fəaliyyət göstərir. Vətəni Ukrayna ilə yanaşı, Rusiya, Almaniya, Danimarka, Yunanıstan, Polşa, Macarıstan, Çexiya, Braziliya kimi ölkələrdə simfonik orkestrlərlə birlikdə çıxış etmişdir.

Tamaşada Alfred rolunu ifa etmək üçün Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Kuzmin (Alfred) dəvət olunub.

Violetta partiyasını Azərbaycanın Əməkdar artisti İnarə Babayeva ifa edəcəkdir. Tamaşada həmçinin Xalq artisti Əli Əsgərov (Markiz), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor) və Səbinə Əsədova (Flora) çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31