“Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi” mövzusunda elmi konfrans və kitab sərgisinin açılışı
İyun ayının 14-də Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Milli Kitabxanada “Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi” mövzusunda elmi konfrans və “15 iyun- Milli Qurtuluş günüdür” adlı kitab sərgisinin açılışı olmuşdur.
14 İyun 2017 15:34 Sosialİyun ayının 14-də Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Milli Kitabxanada "Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi" mövzusunda elmi konfrans və "15 iyun- Milli Qurtuluş günüdür" adlı kitab sərgisinin açılışı olmuşdur.
Əvvəlcə tədbir iştirakçıları ümummilli liderin həyat yolunu əks etdirən "15 iyun- Milli Qurtuluş günüdür" geniş kitab sərgisi ilə tanış olmuşlar. Sərgidə 200-ə yaxın ədəbiyyat nümayiş olunmuşdur. Milli Kitabxananın direktoru prof. Kərim Tahirov "Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi" mövzusunda elmi konfransı açıq elan etmişdir. O, ümummilli liderin həyat yoluna qısaca nəzər salmış, ulu öndərin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyaya tanıtmaq, habelə xalqımız qarşışında sonsuz xidmətlərindən danışmış, onun mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açmışdır. Ümummilli lider haqqında qısa film nümayiş olunmuşdur. Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi haqqında danışmış, onun uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin etməsini söyləmişdir.
Çıxışçılar: AMEA-nın həqiqi üzvü, akademik, millət vəkili, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, institutun Əliyevşünaslıq şöbəsinin rəhbəri, professor Ədalət Qasımov, Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova, Azərbaycan Mədəniyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Axundova. Tədbirin sonunda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun son illərdə çapdan çıxmış nəşrləri Milli Kitabxanaya hədiyyə olundu.