Azər Badamov: "15 iyun tariximizə qızıl hərflərlə yazılıb"

“Havadarlarının dəstəyinə arxalanaraq torpaqlarımızı işğal edən ermənilərin törətdiyi qırğınların miqyası genişlənirdi, digər tərəfdən isə Gəncə qiyamı Bakıya gəlib çatırdı”. Bu sözləri millət vəkili Azər Badamov deyib.

"Havadarlarının dəstəyinə arxalanaraq torpaqlarımızı işğal edən ermənilərin törətdiyi qırğınların miqyası genişlənirdi, digər tərəfdən isə Gəncə qiyamı Bakıya gəlib çatırdı". Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, ölkədə separatçı meyllər baş qaldırıb, qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaradırdı, Azərbaycanın müstəqil qalması şübhə altına idi: "Belə bir ağır dövrdə ölkəni baş verən xaos və özbaşınalıqdan xilas edə biləcək yeganə şəxsiyyət, Lider Heydər Əliyev idi. Həmin vaxt Azərbaycan rəhbərliyi çıxılmaz vəziyyətin yeganə yolunu Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Ümumilli Lider Heydər Əliyev dövlət idarəetmə sahəsində böyük təcrübəyə malik, xalqın məhəbbətini qazanan və öz həyatını Azərbaycana həsr etmiş şəxsiyyət idi. 15 iyun bizim hamımızın qürur duyduğumuz inkişaf edən, güclü, müstəqil, dünyada böyük nüfuza malik və fəxr etdiyimiz müstəqil Azərbaycan dövlətinin təməli qoyuldu. Məhz Ulu Öndərin müəllifliyi ilə 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik müstəqil dövlət quruluşunu möhkəmləndirdi və bütün vətəndaşların hüquqlarının eyni səviyyədə qorunmağını, hamının qanun qarşısında bərabər olduğunu təsbit etdi. Yüksək dövlət idarəetmə sitemi yaradıldı, hərbi birləşmələr vahid komandanlıq altında nizami orduda birləşdirildi, ölkənin inkişafının iqtisadi əsasları formalaşdırıldı və hamını vahid Azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Ona görə də Milli Qurutuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıbdır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31