Muğam Mərkəzinin “Çahargah” muğamı səsləndi
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” layihəsi çərçivəsində səslənən “Çahargah” muğamsevərləri bir araya topladı. Mərkəzdən “Olaylar” – a bildirilib ki, muğamın müxtəlif şöbələri və güşələri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramovun ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tar-Ayaz İmranov,kamança- Elvin Novruzov, ud- Əmrah Orucov, qanun- Humay Abbas, nağara- Soltan Əliyev, balaban- Adil Müslümov) müşayət edirdi. Xanəndələr tərəfindən ifa olunan “Çahargah” muğamının rəngarəng ifası tamaşaçılar tərəfindən alqışla qarşılandı.
14 İyun 2017 16:40 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Muğam axşamları" layihəsi çərçivəsində səslənən "Çahargah" muğamsevərləri bir araya topladı. Mərkəzdən "Olaylar" - a bildirilib ki, muğamın müxtəlif şöbələri və güşələri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramovun ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tar-Ayaz İmranov,kamança- Elvin Novruzov, ud- Əmrah Orucov, qanun- Humay Abbas, nağara- Soltan Əliyev, balaban- Adil Müslümov) müşayət edirdi.
Xanəndələr tərəfindən ifa olunan "Çahargah" muğamının rəngarəng ifası tamaşaçılar tərəfindən alqışla qarşılandı.
"Çahargah" - Azərbaycan musiqisində yeddi əsas muğam dəstgahlardan biridir, sıra sayımı ilə 4-cü muğamdır.
Üzeyir Hacıbəyov hər bir muğamın bədii-ruhi təsir cəhətdən xarakterizə edərkən Çahargahın həyəcan və ehtiras hissi oyatdığını bildirir. Ü.Hacıbəyov "Çahargah" muğamının öz əsərlərində necə istifadə etməsini bu cür şərh edir: "Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda mən "Çahargah" muğamını işlədirəm".