Amerikalı konqresmen atışmada yaralandı

ABŞ Konqresin üzvü Virciniya ştatında beysbol sahəsində atışmada yaralanıb. Bu haqda CBS telekanalı bildirib. Yaralanan Konqres üzvü Stiv Skaliz Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur.

ABŞ Konqresin üzvü Virciniya ştatında beysbol sahəsində atışmada yaralanıb. Bu haqda CBS telekanalı bildirib. Yaralanan Konqres üzvü Stiv Skaliz Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur. Atışmada daha 5 nəfər yaralanıb. İlkin məlumatlara görə, naməlum şəxslər 100-ə yaxın atəş açıblar. Atəş avtomatik silahlardan açılıb. Məlumata görə, Skaliz və onun köməkçiləri beysbol meydançasında məşq edirlərmiş. Yaralıların təxliyyəsi üçün hadisə yerinə vertolyotlar göndərilib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31