ATU-nun qızlar yataqxanası istifadəyə verilib

İyunun 14-də Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub. "Olaylar” xəbər verir ki, media işçilərini yataqxana ilə tanış edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov yeni fəaliyyətə başlayan bu müəssisənin yalnız qızlar üçün nəzərdə tutulduğunu qeyd edib: “Yataqxanaya qeydiyyat iyulun 10-dan başlanılacaq, sentyabrın 11-dən etibarən tələbələrin yerləşdirilməsi nəzərdə tutulur.  5 mərtəbəl iyataqxananın 61 otağı var.

İyunun 14-də Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub. "Olaylar" xəbər verir ki, media işçilərini yataqxana ilə tanış edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov yeni fəaliyyətə başlayan bu müəssisənin yalnız qızlar üçün nəzərdə tutulduğunu qeyd edib: "Yataqxanaya qeydiyyat iyulun 10-dan başlanılacaq, sentyabrın 11-dən etibarən tələbələrin yerləşdirilməsi nəzərdə tutulur.  5 mərtəbəl iyataqxananın 61 otağı var. Onlardan 12-si 1nəfərlik, 10-u 2 nəfərlik, 31-i 3 nəfərlik, 8-i 4 nəfərlik otaqdır. Ümumilikdə, 157 nəfər tələbə qız yataqxanaya yerləşdiriləcək". C. Qasımovun sözlərinə görə, yataqxanada 4 istirahət guşəsi, 2 oxu zalı, 1 məişət otağı, 4 kabinəli hamam quraşdırılıb. Yataqxananın birinci mərtəbəsində ATU-nun Tələbə Poliklinikası fəaliyyət göstərir: "Poliklinikanın nəzdində stomatoloq, qulaq-burun-boğaz, nevropatoloq, oftalmoloq kimi tibbi sahələri əhatə edən həkimlər xidmət göstərir. Tədris zamanı ehtiyac yaranan zaman tələbələrə burada ilkin tibbi yardım göstərilir. Burada tələbələrin rahat yaşamaları üçün mətbəx, istirahət otağı və camaşırxana da var".

Qey dedək ki, Azərbaycan Tibb Universitetinin ümumən 5 yataqxanası var. Onlardan ikisi qızlar, ikisio ğlanlar, biri isə xarici tələbələr üçün nəzərdə tutulub. Hazırda 984 tələbə yataqxanalarda yaşayır. Yeni tədris ilində yataqxanada1200 nəfəri yerləşdirmək imkanı var. Bununla da ATU demək olar ki, bütün tələbələrini yataqxana ilə təmin edəbilən yeganə ali təhsilmüəssisəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31