Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, dəyirmi masanı BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov açaraq 15 iyun-Milli Qurtuluş Gününü Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri kimi səciyyələndirib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov 1990-cı illərdə Azərbaycandakı çətin siyasi şəraiti xatırladarq məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda siyasi-iqtisadi vəziyyətin stabilləşdiyini qeyd edib.
14 İyun 2017 16:07 SosialBakı Beynəlxalq Multikulturalizm Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, dəyirmi masanı BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov açaraq 15 iyun-Milli Qurtuluş Gününü Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri kimi səciyyələndirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov 1990-cı illərdə Azərbaycandakı çətin siyasi şəraiti xatırladarq məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda siyasi-iqtisadi vəziyyətin stabilləşdiyini qeyd edib.
Azərbaycandakı talış icmasının rəhbəri, professor İmamverdi Həmidov çıxış edərək Heydər Əliyevin yüksək erudisiya, fenomenal yaddaş, zəngin bilik ehtiyatı, heyrətamiz təhlil qabiliyyətinə malik bir şəxsiyyət olduğunu qeyd edib.
Dəyirmi masada Roma Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev, "Azəri" Tat Mədəniyyət Mərkəzinin sədri Elman Əhmədov, AMEA-nın elmi işçisi Radif Mustafayev, Azərbaycanda yaşayan Axıska türklərinin "Vətən" İctimai Birliyinin sədri İbrahim Məmmədov, AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı Moisey Bekker və başqaları çıxış edərək 15 iyun Milli Qurtuluş Gününü müasir Azərbaycanın inkişafının başlandığı tarix kimi dəyərləndiriblər və artıq 20 ildir ki, xalqımızın bu günü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd etdiyini vurğulayıblar.